Əsas səhifə Xəbərlər Biznes xəbərləri Netflix dünyanın ən bahalı mediası oldu

Netflix dünyanın ən bahalı mediası oldu

152
Paylaş

Netflix axın xidmətinin kapitallaşdırılması 153 milyard dollara çatıb və Reuters-ə görə bu Disney qiymətindən 1 milyard dollar daha çoxdur. Onlayn kinoteatr dünyanın ən bahalı media şirkəti oldu.

Ötən il ilə müqayisədə Netflix qiyməti 80% -dən çox artıb və Disney qiyməti isə 5% ucuzlaşıb.

Netflix-in öz hesablamalarına görə, ilin əvvəlindən başlayaraq auditoriyası 7,4 milyon nəfər artıb ki, indi bu xidmətin 125 milyon nəfər abunəçisi var.

Netflix DVD kirayəsi xidməti kimi başlamışdı və qəribə deyil ki, bu günə qədər də elə qazanmağa davam edir. 2018-ci ilin birinci rübündə disklər ona 56 milyon dollar gəlir gətirmişdi. Netflix kataloqunda 100,000-dən çox disk var ki, onlar mütəmadi olaraq 3 milyon nəfər tərəfindən götürülür.

Paylaş