Əsas səhifə Texnologiya Sarahah nədir və onu kim yaradıb?

Sarahah nədir və onu kim yaradıb?

1211
PAYLAŞ

App Store-un ən məşhur tətbiqi hansıdır? Bu sualı 1-2 ay əvvəl versəydik cavabımız youtube, snapchat və ya instagram kimi məşhur tətbiqlərdən biri olardı. Ancaq artıq app storedakı ən məşhur app dəyişib. Beləki, sarahah adlı mobil tətbiq app storeun son günlərdə ən çox yüklənən tətbiqi olub.

sarahah

Sarahah nədir?

Səudiyyə Ərəbistanlı gənc Zain al-Abidin Tawfik tərəfindən yaradılan sarahah anonim mesajlaşma tətbiqidir. Ərəbcə dürüstlük və ya dürüst olmaq mənasına gələn sarahah neft şirkətlərinin birində işləyən gənc tərəfindən yaradılıb. 2016-cı ildə kodlaşdırılmağa başlayan tətbiqin əsas məqsədi insanların bir-birinə qarşı dürüst olmasıdır.

Sarahah əsasən ingilis və ərəb dilində danışılan ölkələrdə daha çox məşhurlaşıb. Avstraliya, İrlandiya, ABŞ və İngiltərə kimi ölkələrdə isə tətbiq yüklənmə sayına görə ilk sırada yer alır.

sarahah nədir, sarahah haqqında, sarahah nedir