Əsas səhifə İş qadını NASA üçün kosmik gəmi istehsal edən milyarder türk iş qadını

NASA üçün kosmik gəmi istehsal edən milyarder türk iş qadını

317

ABŞ-da yaşayan türk iş qadını Eren Özmen Forbesin hazırladığı ABŞ-ın ən varlı qadınları siyahısında yer alır. Üstəlik 1.1 milyard dollarlıq sərvətini mirasla deyil tamamilə öz zəhmətilə qazanıb.

Eren Özmen Sierra Nevada şirkətinin CEO-su və sahibidir. 1994-cü ildə həyat yoldaşı Fatih Özmen ilə birlikdə qurduqları şirkətin bu gün dünyanın 34 fərqli ölkəsində 3000 işçisi var. Eren Özmen 80-ci illərdə ali təhsil almaq məqsədilə Türkiyədən ABŞ-a köçüb. 1985-ci ildə University of Nevadadan magistr dərəcəsi alan Özmen 1994-cü ildə həyat yoldaşı və 10 nəfərlik bir komanda ilə Sierra Nevada Corporationu qurub.

Türkiyənin yerli təyyarələri Sierra Nevada Corporation tərəfindən istehsal ediləcək.

Paylaş