Mübariz Mənsimovun həyatı. O necə milyarder oldu?

Date:

Paylaş:

Mübariz Mənsimov haqqında

9 uşaqlı bir ailənin üzvü olan Mübariz Mənsimov 1968-ci il 22 mart tarixində Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlib. Valideynləri əslən Masallı rayonundandırlar.

Təhsili

Uşaqlıq illərində çox nadinc olan Mənsimov hərbçi babasının təkidi ilə Bakıda hərbi məktəbə qəbul olur. Burada təhsil aldıqdan sonra universitetə daxil olur və Sovet ordusunun kəşfiyyatında müxtəlif vəzifələrdən sonra 1985-ci ildə təyinatı Almaniyaya verilir.

Erməni düşmənçiliyi həyatını dəyişdirir

1989-cu ildə erməni generalla mübahisə etdikdən sonra əsgərlik həyatına son verən Mübariz Mənsimovun 20 il sonra 3 yarım milyard dollar dövriyyəsi olan bir holdinqin sahibi olacağını kim bilə bilərdi? “Bu gün şirkətlərimizin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm dərhal işdən qovaram. Onlarla ticarət etmərəm heç vaxt. Ermənilərə qarşı həmişə antipatiyam olub. Ailəmdə yeddi şəhid var və ən yaşlısı 21 yaşındadır. Onları sevmək məcburiyyətində deyiləm, onlar da məni sevməsin “deyən Mənsimov, əsgərlik həyatına son qoyduqdan sonra 1 il yarım gəmilərdə aşbazlıq edir və daha sonra üç dostuyla birlikdə 150 tonluq bir balıqçı gəmisi kirayəyə götürür.

Böyük risk

Mübariz Mənsimov Rusiyada satışa çıxarılan gəmiləri alır. Bu yaxınlarda bir qəzetə müsahibə verən Mənsimov “O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmini aldıq. Gəminin çayın kənarında işləməyi qeyri-mümkün idi. O gəmini risk edərək İstanbula gətirmə qərarı aldıq. Yolda batmaq ehtimalı 80 faiz idi. Batmadı! Onları təmir etdirib beləcə gəmilərin sahibi olduq. Ucuz aldıq gəmini. Əsl dəyərindən 10 dəfə ucuz. İşləri böyütməyimizdə isə əlaqələrimizin təsiri olmadığını söyləməyə bilmərəm. Hər iş adamı kimi risk etdim və mənə dəstək oldular ” demişdi.

O gündən bəri ciddi iş rejiminə başlayan milyarder gündən günə böyütdüyü Palmali qrupunu 1998-ci ildə Türkiyəyə köçürür. Palmali bu gün dünyanın ən böyük beş dənizçilik şirkətindən biridir.
20 ildə illik dövriyyəsi 3 milyard yarım dollarlıq bir holding yaradan Mənsimov 2007-ci ildə türk vətəndaşlığını qəbul edib.

Palmali Qrupunun bu gün Azərbaycandan Rusiyaya, Bolqarıstandan Yunanıstana, 21 ölkədə ofisi var. Təkcə dənizçilik sektorunda 28 min işçisi var. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda ümumi işçi sayı 45 mini keçir. Mübariz Mənsimovun hazırki sərvəti isə 1.3 milyard dollar hesab edilir.

Mübariz Mənsimov digər sektorlarda

Mübariz Mənsimov yalnız gəmiçilik deyil bundan başqa inşaat, media , yeyinti sənayəsində də fəaliyyət göstərir. O, Pal Media adlı şirkətin nəznində 5 milyon dollar investisiya ilə Pal FM adlı bir radio və Palhaber adlı xəbər portalı da yaradıb. Mübariz Mənsimov bundan sonrakı iş həyatında da ən çox sərmayəni Türkiyədə edəcəyini açıqlayıb.

Mübariz Mənsimovla müsahibə

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...