Mübadilə üzərində qurulmuş biznes

Date:

Paylaş:

Böhran şəraitində istehlakçılar daha çox qənaət etmək istəyirlər. Qərbdə əşyaların icarəsi və dəyişdirilməsi vasitəsilə qazanc əldə edən çoxsaylı resurslar yaranır.

Barter və icarə iqtisadiyyatı zamanlarında bu resursların uğur qazanmağa bütün şansları var. Bunlardan bəzilərinin nümunələri: 

Paperspine kitab əldə etməyin digər-icarə yolunu təqdim edir:

Oxucular yalnız oxumaq istədikləri kitablar üçün tələbnamə yazırlar, bu kitabları istədikləri müddətə oxuyub qurtardıqdan sonra ödənilmiş poçt zərfinin içində geri göndərərək yenilərini alırlar.

Bookswim bir il bundan qabaq yaradılmış buna bənzər bir resursdur. Onun əsasında elə həmin ideya dayanır. Bu iki resurs (Paperspine və Bookswim) kitab alışına və kitabxanalara yaxşı bir alternativ təşkil edirlər. Bu formalaşmış trendin iki yaxşı nümunəsidir. Onlar hələ ki, yalnız Amerikada mövcuddurlar, amma bizim ölkəmizdə olması üçün də yaxşı nümunədirlər.

Babyplays saytı ayda 4-dən 6-dək oyuncaq icarəyə götürməyə, 1 ay sonra qaytarmağa və yeni partiyanı poçt vasitəsilə almağa imkan verir. Bu sistem vasitəsilə valideynlər nəinki evdə oyuncaq qalağından can qurtarırlar, onlar həm də qazanc əldə edirlər.

swapstyle.com- virtual geyim butikidir, burada cəmiyyətin üzvləri bir-birilə geyim mübadiləsi edirlər. Bu günün istənilən vaxtında geyim, aksesuarlar, kosmetika, ayaqqabı və s. ala, sata və dəyişdirə biləcəyiniz bir onlayn feşn-patidir.

Sinqapur şirkəti olan Closet Infinite eyni geyimi iki dəfə dalbadal geyinməyi sevməyən, lakin qarderoba külli miqdarda pul xərcləyən modapərəstlər üçün müasir geyim kirayəsi təklif etməyi qərara almışdır. Bu sinqapur xidmətinin maraqlı cəhəti bundadır ki, müştərilər geyimi onu öz qarderoblarından hansısa bir paltara mübadilə etməklə pulsuz əldə edə bilərlər.

Mahiyyət etibarilə geyim assortimenti Closet İnfinite klubunun üzvlərinin paltarlarından təşkil olunmuşdur. Closet İnfinite-nin müştərisi olmaq istəyən modapərəstlər qurban vermək istədikləri geyimin şəklini, geniş təsvirilə birlikdə (hardan alınıb, neçəyədir və s.) onlara göndərirlər.

Əgər həmin geyim kirayə xidməti tərəfindən qəbul edilirsə, o zaman müştəriyə 6 ay ərzində şirkətin kirayə xidmətlərindən istifadə etməyə və Closet İnfinite-nin bazasından pulsuz geyim götürməyə icazə verilir. Kirayənin müddəti 5 gündən artıq deyil.

Belə xidmət bir tərəfdən həmişə yeni mövsümdə paltar və aksesuarlara külli miqdarda pul xərcləmədən dəbə uygun geyinməyə, digər tətəfdən isə şəxsi qarderobda artıq və lazımsız əşyalardan can qurtarmağa imkan verir.

Biznesin belə modeli yeni deyil, amma buna baxmayaraq özünə çoxlu tətbiq sahələri tapır. Hazırkı dövrdə belə bir tendensiya müşahidə olunur- gün-gündən daha çox alıcı aldıqları əşyaların pulunu tam ödəmək istəmirlər, onları rahat və ucuz əldəetmə üsulu qismində icarəyə götürürlər.

Azərbaycanda mübadilə üzərində qurulmuş belə bir biznes uğur qazanardımı? Bir tərəfdən ideyalar çox sadə, əlverişli, asan həyata keçirilən və böhran dövründə aktualdır. Digər tərəfdən isə Azərbaycanda belə bir layihəyə rast gəlməmişəm. Nə üçün? Bu modeli təqlid etmək üçün bizim sahibkarlara nə mane olur?


 

©banker

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...