Əsas səhifə Biznes Müəmmalı investor 1,8 mlrd. dollarlıq C.Koreya istiqrazı satıb

Müəmmalı investor 1,8 mlrd. dollarlıq C.Koreya istiqrazı satıb

92
PAYLAŞ

Cənubi Koreyanın suveren istiqrazları 2014-cü ildən bu günədək ən böyük həcmli satışa məruz qalıb. “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Seul və ölkə xaricində satışın kimin tərəfindən həyata keçirildiyi bəlli deyil və bu, bazarda spekulyasiyalara səbəb olub.

Qeyd edək ki, 2 trln. von (1,8 mlrd. ABŞ dolları) həcmində satış son 3 ayda qeyri-rezidentlər tərəfindən həyata keçirilən ikinci irihəcmli istiqraz satışı olub. Analitiklər bu addımı Şimali Koreya ətrafında yaranan gərginliklə əlaqələndirirlər.

C.Koreyanın “KB Investment & Securities Co.” investisiya şirkətinin analitiki Kim Sanq-xuna görə, satışı Norveç Pensiya Fondu həyata keçirib.

PAYLAŞ