Əsas səhifə Biznes Minimum investisiya ilə iş qura biləcəyiniz 5 xarici ölkə

Minimum investisiya ilə iş qura biləcəyiniz 5 xarici ölkə

939
PAYLAŞ

Demək olarki, hər kəs ömründə bir dəfədə olsa yaşadığı ölkəni dəyişib, başqa bir yerə köçmək haqqında fikirləşir. Təbii ki, bu fikirlər özü ilə birgə, harda qalmaq lazım olduğunu, necə və nə qədər investisiya ilə hansı işi qurmaq olar sualını da gətirir.

Yaşadğımız ölkədə bir iş qura bilmək üçün lazım olan investisiyanı təxmin etmək bizim üçün çətin deyil. Xarici ölkələr üçün isə bunu müəyyən etmək bizə o qədər də asan deyil. Məhz bu səbəbdən, təssəvür formalaşdırmaq üçün sizin bir neçə xarici ölkədə nə qədərlik investisiya ilə hansı işi qura biləcəyiniz haqqında nümünələr hazırlamışıq.

Siz, az investisiya ilə ABŞ-dan tutmuş Taylanda qədər bir çox fərqli ölkədə biznes qura və həyatınızı orada keçirə bilərsiniz.

Amerika Birləşmiş Ştatları

amerika

ABŞ-da təxminən 15 min dollar investisya ilə fərqli sektorlarda öz işinizin sahibi ola bilərsiniz. Rus əsilli Roman Smolevski adlı bir investor öz marketinq şirkətini sadəcə 15 min dollar investisiya ilə qurmuşdur. İşini qısa zamanda böyütməyi bacaran Smolevski hazırda bir neçə diş klinikası və restorana da sahibdir.

Misal üçün Şimali Dakota əyalətində kiçik bir şəhərdə 14-15 min dollara avadanlığı və işçiləri ilə birlikdə kafe aça bilmək mümkündür. Bu ölkədə əyalət və əyalətə bağlı olan şəhəri seçərkən də diqqətli olmalısınız. Nümunə kimi, Kaliforniyanın Los Angeles, San Diego və ya San Jose şəhərləri ya da New York şəhəri və ya ona yaxın əyalətlərdəki Massachusetts kimi şəhərlərdən daha çox Nebraska, Montana, Minnesota kimi nisbətən maliyyə baxımından yaxşı vəziyyətdə olan əyalətlər və şəhərlər seçməyiniz daha aşağı inestisiya ilə iş qura bilməyiniz deməkdir.

Kanada

kanada

ABŞ-ın Şimal qonşusu olan Kanadada ümumilikdə 10-13 min dollar investisiya ilə nispətən kiçik əyalət şəhərlərində iş qura bilərsiniz. Kanda yaşayış şəraitinin yüksək olduğu inkşaf etmiş ölkələrdən biridir. Buna görə də, aşağı sərmayə ilə iş qurulsa da, gələcəkdə bəzi problemlərlə üz-üzə qalmaq məcburiyyətində qala bilərsiniz. Nümunə kimi, Kanada-da işçi xərcləri bir xeyli yüksəkdir, bunun xaricində icarə haqqları kimi fərqli mövzularda çətinliklərlə üzləşə bilərsiniz. Hər nə qədər iş qurabilmək üçün 10-13 min dollar arasında bir məbləğ lazım olsa da, bu miqdarın yalnız biznesinin başlanğıcında kifayət edəcəyini unutmayın.

Tayland

tayland

Cənub-Şərqi Asiya ölkəsi ola Tayland hər il təxminən 25 milyondan çox turist tərəfindən ziyarət edilir. Taylandı ziyarət edən turistlər motosiklet, velosiped icarəsi eyni zamanda daxili tur paketlərə maraq göstərirlər. Taylandda təxminən 10 min dollarlıq inestisiya ilə tursitlər üçün fəaliyyət göstərən turizm və s. tipli agentliklər qurmaq mümükündür. Turistlərin böyük maraq göstərdiyi bu ölkədə bu tip agentlik quraraq fəaliyyət göstərmək sizin üçün əla fürsətdir.

Çin

çin

Dünyanın ən güclü iqtisadiyyatına sahib olan ölkələrdən biri olan Çin, hər sahədə çətinliklərlə dolu və xaricilər üçün xərclərin olduqca yüksək olduğu bir ölkədir. Araşdırmalarımıza əsasən Şanxayda iş qurabilmək üçün 150 min, ölkənin paytaxtı Pekində isə 300 min dollar dəyərində inestisiya ehtiyac var. Ancaq özünüzə çinli bir şərik tapsanız işləriniz asanlaşar. Çinli bir şəriklə siz, Çinin daha yoxsul hissələrində 10-15 min dollar sərmayə ilə iş qura bilərsiniz.

Estoniya

estoniya

Şimali Avropada yer alan Baltik dövləti Estoniyada şirkətlər bürokratik əngəllərlə qarşılaşmırlar. Estoniya vətəndaşları və ya Estoniya vətəndaşlığına müraciət edən sahikarların gündəlik ortalama 20-25 euro xərclə şirkət aça bilməsi mümkündür. Xaricilər üçün bu məbləğ 50 euro-ya qalxsada, 1 aya qədərki müddətdə 5 min avroluq sərmayə ilə Estoniyada kiçik və ya orta ölçülü işlər qura bilmək mümkündür. Avropa Birliyinə üzv olan dövlətlər arasında bu baxımdan xərclərin ən aşağı olduğu ölkələrdən olan Estoniya, sizin üçün seçim edə biləcəyiniz bir ölkə qismindədir.

PAYLAŞ