Min dollar sərmayə ilə milyard dollarlıq şirkət yaradan iş adamı

Date:

Paylaş:

Bu gün bütün dünyada ən çox istifadə edilən kompüter markalarından biri olan Dellin yaracıdısı Michael Dell ən az şirkəti qədər böyük insandır. İşgüzarlığı və zəkası ilə çox məqaləyə mövzu olan iş adamı kiçik yaşlardan etibarən əməyinin qarşılığını almağa başlamış bir dahi kimi tanınır.

Tam adı Michael Şaul Dell olan iş adamı 23 Fevral 1965-ci ildə Texasda dünyaya gəlib. Dell ailəsinin ABŞ-a köç etməsi ilə birlikdə Tal soyadlarını Dell ilə dəyişdirdilər. Michael Dell kiçik yaşlardan etibarən iş həyatına həvəsli idi. İbtidai məktəbi Houston, Texasda oxuyub və ilk dəfə kompyuteri hələ yeddi yaşında olan zaman istifadə etməyə başlayıb.

Dell necə uğur qazandı?

Gənclik illərindən etibarən part-time işlərdən yığdığı pullarını qiymətli mədənlər satın alaraq birjada qiymətləndirməyin yolunu öyrəndi. 15 yaşında Apple II marka ilk kompyuterini satın aldı. Alan kimi necə işlədiyini bilmək üçün hissələrini ayırdı və kompyuterlə bağlı biliklərini artırdı. Məktəb illərində əsasə yay tətillərində telefon satışı ilə məşğul oldu və bir ildə ciddi vəsait əldə etməyi bacardı. Söylədiyinə görə cəmi 1 il ərzində telefon satışından 20 min dollar gəlir əldə etmişdi.

Michael Dell Texas universitetində birinci kursda oxuyan zaman unviersitetin yataqxanasında  ehtiyyat detallarla kompyuter yığmağa başladı. Həmin zaman həm təcrübəsini həm də şəxsi hesabını artırırdı.

1000 dollarlıq sərmayəni 1 milyon dollara çevirdi

1984-cü ildə klassik topdan satış şəbəkəsindən imtina edərək Dell şirkətini yaratdı. Şirkətin sərmayəsi 1000 dollar idi və bir neçə işçidən ibarət idi. Dellin işçiləri tələbələr idi və onlar hər gün ehiyyat kompyuter detallarıdan istifadə edərək normal komyuter yığıb satırdılar.

Şirkət internet vasitəsilə satışlara 1996-cı ildə başladı. Qısa müddət sonra internet vasitəsilə satışların gündəlik dövriyyəsi 1 milyon dollara çatmışdı. 2001-ci ilin ilk yarısında isə şirkət bazar dəyərini daha da yüksəldərək o günə qədər ən böyük kompyuter istehsalçısı olan Compaqı geridə buraxdı və birinciliyə yüksəldi.

Michael Dell 2012-ci ildə 15,9 milyard dollarlıq sərvətiylə Forbes milyarderləri siyahısında 41-ci sırada iştirak etdi. Dellin sərvətinin yalnız 3,5 milyard dollarlıq hissəsi hələ də 12 faiz səhminə sahib olduğu Dell Inc.dən qaynaqlanır. Geri qalan təxminən 12 milyard dollarlıq qismi isə MSD Capital nəzdində müxtəlif şirkətlərə və maliyyə vasitələrinə edilmiş investisiyalar olaraq qiymətləndirilir.

1989-cu ildə Susan Lynn Lieberman ilə evlənən və 4 uşağı ilə Texasda yaşayan Michael Dell, 1999-cu ildə qurduğu Michael və Susan Dell Fondu vasitəsilə sahib olduğu sərvətini cəmiyyətin faydasına bir çox fəaliyyət üçün də istifadə edir. Vəqf Texas Universitetində bir çox tibb mərkəzi və kompüter mərkəzi yaradıb və 2010-cı ildən etibarən ABŞ, Hindistan Cənubi Afrikadakı uşaqlar üçün 650 milyon dollarlıq yardım edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...