Milyonçu qadın ləqəbli Rəbiyə Qədir kimdir?

Date:

Paylaş:

Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R.Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir.

1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R.Qədir imkanlarının çoxalması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu. Rəbiyə Urumçi şəhərində müsəlman qadınların iş həyatına daxil edilmələri üçün “Min ana” layihəsini həyata keçirir. Çin hökuməti azlıqlar arasından çıxan ən müvəffəqiyyətli qadın kimi Rəbiyəni nümunə göstərir.

SSRİ-nin süqutu illərində Rəbiyə Qədir o vaxta qədər topladığı 200 milyon iyenlə ticarətini daha da genişləndir. Aradan bir neçə il keçdikdən sonra uyğur işadamı Çinin ən varlı 5 şəxsindən birinə çevrilir. Uğurlu biznes karyerası quran Rəbiyə Qədir “milyonçu qadın” ləqəbini alır. Rəbiyə Qədir Çin, Rusiya və Qazaxıstanla ticarət əlaqələri quran 8 kompaniyanın birləşdiyi holdinqə rəhbərlik edir. O, öz iş karyerasından söhbət açarkən heç vaxt dövlətdən bir qəpik belə yardım almadığını bildirirdi. Camaşırxana biznesi ilə iş həyatına atılan R.Qədir biznesini supermarketlər zənciri ilə inkişaf etdirir.

Fəaliyyəti

1994-cü ildə Çinin ən varlı yeddinci şəxsi sayılan Qədir 1997-ci ilə qədər deputat olub. 1997-ci ildə deputat mandatı əlindən alınıb və həbsə atılıb. 8 il həbs cəzasına məhkum edilən Qədir həbsxanada insan haqları sahəsində mübarizə aparıb və bu səbəbdən bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. ABŞ və beynəlxlaq təşkilatların təzyiqi ilə Çin hökuməti 2005-ci ildə onu azadlığa buraxmağa məcbur olub. 2006-cı ildə Nobel sülh mükafatına layiq görülən Qədir ABŞ-da məskunlaşıb. 2005-ci ildən bu yana ABŞ-da yaşamaqda və Uyğurların səsini dünyaya eşitdirməyə çalışmaqdadır.

2006-cı ildə Dünya Uyğurlar Qurultayı (WUC) başçısı seçilmişdir.

2007-ci ilin iyun ayında alman yazıçısı Aleksandra Kaveli R.Qədirin həyat və yaradıcılığından bəhs edən kitab qələmə alır. Kitabın adı “Böyük ideyaçı qadın”dır.

Sincan Uyğur Muxtar Vilayətindəki uyğur türklərinin hüquqlarını müdafiə edən R.Qədir müsahibələrində dəfələrlə bütün uyğur təşkilatlarının sülh uğrunda mübarizə apardığına inandığını bildirir.

2007-ci ildə o, Çexiyanın paytaxtı Praqada demokratiya və təhlükəsizlik mövzusuna dair keçirilən beynəlxalq konfransda iştirak edir.

2009-cu ilin iyul ayının əvvəllərində Çinin Sincan Uyğur Muxtar Vilayətində iki uyğur türkünün öldürülməsi ilə hökumət və uyğur türkləri arasında toqquşmalar başlayır. R.Qədir bu toqquşmalarda Çin polisinin 1000-dən çox uyğuru qətlə yetirdiyini bildirir. Çin hökuməti isə öz növbəsində Sincanda baş verən hadisələrə görə, R.Qədiri günahlandırır.

Ailəsi

İki dəfə ailə həyatı quran R.Qədərin 11 övladı var. Hal-hazırda o, ABŞ-ın Virciniya ştatının Feyrfaks şəhərində yaşayır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...