Əsas səhifə Biznes Milyonçu olmaq üçün neçə il lazımdır?

Milyonçu olmaq üçün neçə il lazımdır?

782
PAYLAŞ
“The Economist” jurnalı hansı ölkələrdə milyonçu olmağın daha asan olması ilə bağlı apardığı araşdırmasının nəticələrini açıqlayıb. Təhlil 20 ölkə arasında aparılıb. Söhbət yalnız əmək haqqı barədə tədqiqatdan gedir, burada digər mümkün gəlir mənbələri – investisiyalar, maliyyə bazarında renta və s. nəzərə alınmayıb. Milyonçu olmaq üçün neçə il ərzində ölkə üzrə orta ölçülü maaş almağın tələb olunması araşdırılıb.

Birinci yeri ABŞ tutub. Burada milyonçu olmaq üçün ən azı 20 il vaxt lazımdır. İkinci yerdə Norveç qərarlaşıb, “bürünc medala” isə İsveçrə layiq görülüb. Siyahıda Avstraliya, Danimarka, Kanada və Yaponiya liderlər qrupundadırlar- bu ölkələrdə 1 milyon qazanmaq üçün  25 ildən 35 ilədək işləmək lazımdır.

Fransızların az bəxti gətirib- ölkədə 1 milyonu qazanmaq üçün onlara 40 il çalışmaq lazım gələcək, almanlara isə bir qədər çox. Öz ilk milyonunu qazanmaq üçün Türkiyə sakini 240 il, Meksika sakini 305 il ərzində, Rumıniya sakini isə 349 il işləməlidir.

Qeyd edək ki, Azərbaycan bu göstəriciyə görə Qərb ölkələrindən geri qalsa da, bəzi ölkələri qabaqlayır. Belə ki, ölkəmizdə orta aylıq əmək haqqı 441 manat təşkil edir. Bunu nəzərə alanda Azərbaycanda milyon dollar toplamaq üçün (əmək haqqını yığmaqla) təqribən 151 il tələb olunur.

Milyonçu olmağın daha asan olduğu 10 ölkə:

  1.   ABŞ
  2.   Norveç
  3.   İsveçrə
  4.   Avstraliya
  5.   Danimarka
  6.   Kanada
  7.   Yaponiya
  8.   Fransa
  9.   Almaniya
  10.   Britaniya

©fins.az

PAYLAŞ