Əsas səhifə Həyat tərzi Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası

Milyarderlərin imarətləri: Vahid Ələkbərovun 5 yataq otağı olan villası

727
PAYLAŞ

Dünya milyarderlərinin sərvətləri, onların göz oxşayan malikanələri ultra-dəbdəbəli elitar bazarda mühüm çəkiyə malikdir. Geyimləri, bahalı avtomobilləri ilə diqqət mərkəzində olan milyarderlərin yaşadıqları evlər daha da gözqamaşdırıcıdır. Niyə də olmasın?! Hər halda milyonlarla dollar qiyməti olan sarayların parıltısı cəlbedici olmaya bilməz.

Araşdırmalar zamanı məlum olub ki, milyonerlərin mülkündə 20 ən bahalı villa var və onlardan cəmi 6-nın qiyməti 100 milyon dollar civarındadır.

ABŞ prezidenti, milyarder Donald Trampın Florida ştatının Palm Biç şəhərindəki imarəti 150 milyon dollar dəyərindədir.

Burada 20 hamam otağı, 15 yataq otağı, tennis meydançası, qonaq otağı və 100 nəfərin çimə biləcəyi hovuz var.

Lili Safranın Fransadakı “Villa Leopolda” malikanəsi 2008-ci ildə 500 milyon avro dəyərində olub. Rusiyalı milyarder Mixail Proxorov 2008-ci ildə bu malikanəni 500 milyon avro pul qarşılığında almaq istəyib.

Lakin sonradan sövdələşmə pozulub və bu, rus milyarder üçün itki ilə nəticələnib. Belə ki, onun depozit üçün verdiyi 50 milyon avro “batıb”.

Villada 11 yataq otağı və 11 vanna otağı, çimərlik, zeytun, limon və sərv bağları var.

Sərvəti 9 milyard dollara yaxın olan İra Rennertin Nyu-York ştatındakı villasının dəyəri 2012-ci il qiymətləri ilə 248 milyon dollar olub.

Burada 29 yataq otağı, 39 hamam, 3 üzgüçülük hovuzu var. Üstəgəl, villanın yerləşdiyi yerdə ayrıca elektrik stansiyası da quraşdırılıb.

16.5 milyard dollar sərvətə malik olan Lakshmi Mittalın Londondakı malikanəsinin məbləği 2008-ci ildə ilə 222 milyon dollar dəyərində qiymətləndirilib.

15 milyard dollardan artıq varidatı olan Ukraynanın ən varlı insanı Rinat Axmetovun Londondakı mülkünün dəyəri 2011-ci ildə 221 milyon dollar məbləğində qiymətləndirilib.

Bu otel, 25 min kvadratmetr ərazini əhatə edir və güllə keçirməz şüşələri var.

43 milyard dollarlıq sərvəti olan Larri Elisonun Kaliforniyadakı yapon üslubunda 2004-cü ildə tikdirdiyi malikanədə 10 bina, göl, çay evi, hamam var.

Buna baxmayaraq, cari məzənnə ilə bu imarətin qiyməti elə də baha sayıla bilməz – cəmi 70 milyon dollardır.

Lakin bu, vergi müfəttişlərinin qoyduğu qiymətdir və belə hesab edilir ki, villanın dəyəri bundan çox bahadır.

Rusiyalı biznesmen Roman Abramoviçin Londondakı villası 2011-ci ildə 140 milyon dollar həcmində qiymətləndirilib. Burada tennis kortu, sağlamlıq mərkəzi, avtomobil muzeyi fəaliyyət göstərir.

Qeyd edək ki, Abramoviçin bununla yanaşı, French Riviera-da qəsri var və buranın inşasına 90 milyon dollar xərc çəkib.

Çinli milyarder Cak Ma (29 milyard dollara yaxın sərvətə sahibdir) Honq-Konqdakı villasının satış qiyməti 2015-ci ildə 193 milyon dollar dəyərində qiymətləndirilib.

“Microsoft”un təsisçisi Bill Qeytsin Xanadu 2.0 kompleksi 2012-ci ildə 120.5 milyon dollar həcmində qiymətləndirilib.

Maliyyəçi Corc Sorosun Nyu-Yorkdakı malikanəsinə 2003-cü ildə 21.5 milyon dollar məbləğində qiymət qoyublar.

33 milyard dollara yaxın sərvəti olan Sergey Brinin Nyu-Cersidəki villasının qiyməti 2010-cu ildə 48.8 milyon dəyərindən qiymətləndirilib.

Burada 12 yataq otağı, 19 hamam, basketbol meydançası, fitness mərkəzi və hovuz var.

Facebook-un yaradıcısı Mark Zukerberqin isə Kaliforniyadakı imarətinin məbləği digərləri ilə müqayisədə çox ucuzdur.

2011-ci ilin iqtisadi şərtlərində Zukerberqin malikanəsinin cəmi 7 milyon dollara satıla biləcəyi qeyd olunub.

55.4 milyard dollarlıq varidata sahib Karlos Slim Helunun Nyu-Yorkdakı kompleksinin 2010-cu ildə maksimum 44 milyon dollar satıla biləcəyi  deyilib.

70 milyard dollarlıq var-dövlətə malik olan Amacio Orteganın İspaniyadakı mülkünün isə (Ozran çimrəliyində) qiyməti məchul olaraq qalır.

Milyarder burada öz ailəsi ilə qalır.

47 milyard dollarlıq varidatı olan Maykl Blomberqin Londondakı evi 2015-ci ildə 25 milyon dollar dəyərindən qiymətləndirilib.

Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu bildirilən, Qara dəniz sahilində yerləşən “Putin’s Palace” (“Putinin sarayı”) adı ilə tanınan iqamətgahın qiyməti 2011-ci ildə 350 milyon dollar dəyərində qiymətləndirilib.

Hazırda isə bu iqamətgaha qoyulan məbləğ gözləri qamaşdırır – 1 milyard dollar.

Burada kazino, teatr, amfiteatr, kilsə, vertolyot  və idman meydançaları, üzgüçülük hovuzları, çay evləri var.

“Lukoil” şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərovun Veinskottdakı  evi 15 milyon dollar civarında qiymətləndirilir.

Məlumata görə, buranın 5 yataq otağı və dənizə açılan gözəl mənzərəsi var.

Maraqlı ola bilər: Milyarderlər harada istirahət edirlər?

©modern

PAYLAŞ