Əsas səhifə Həyat tərzi Milyarderlər harada istirahət edirlər?

Milyarderlər harada istirahət edirlər?

557
PAYLAŞ
Hər birimizin dincəlməyə ehtiyacı var, əsasən də bayram günlərində. Zəngin insanların istirahəti isə təbii ki, fərqli keçir.

“Facebook” sosial şəbəkəsinin banisi, milyarder Mark Zukerberq istirahətini bu yaxınlarda Havay adalarında aldığı malikanədə keçirməyə üstünlük verir. Qumlu çimərliyin və keçmiş şəkər qamışı plantasiyasının daxil olduğu nəhəng əraziyə malik malikanə ona 100 milyon dollara başa gəlib.

“Microsoft” kompaniyasından olan milyarder Pol Allen açıq dənizdə özünün super yaxtalarının və ya çoxsaylı malikanələrinin birində dincəlir. Onun gözəl çimərliyi olan Havay adalarındakı malikanəsindən başqa Cote d’Azurda Villa Maryland adlı malikanəsi də var. Malikanənin nizamına 12 qulluqçu nəzarət edir.

“Salesforce” kompaniyasının rəhbəri Mark Benioff Havay adaları ilə bağlı olan hər şeyi sevir. O, 2000-ci ildə adada 12,5 milyon dollara ərazisi 2 hektardan çox olan malikanəni alıb və asudə vaxtını əsasən orada keçirir.

“Google” kompaniyasının direktorlar şurasının sədri Erik Şmidt qiyməti 72 milyon dollar olan yaxtanın sahibidir. Bu yaxta ilə o, Fransa Riverasına və başqa yerlərə səyahət edir. Yaxta hovuz, su motosikleti və idman zalı kimi müxtəlif əyləncələrlə zəngindir.

HP kompaniyasının icraçı direktoru Mer Uitman dağlarda yerləşən evin və Koloradodakı rançonun sahibidir. O, 2007-ci ildə xeyriyyə məqsədilə bu ərazilərdə yerləşən 200 hektarlıq bataqlıq ərazinin qorunması üçün 1,15 milyon dollar vəsait xərcləyib.

“PayPal” ödəniş sisteminin qurucusu və “Facebook” sosial şəbəkələrinin investoru Piter Til 2011-ci ildə Havay adalarında 27 milyon dollara malikanə alıb. Bu malikanə daxili həyəti və hovuzu əhatə edən 4 pavilyondan ibarətdir.

“Microsoft” kompaniyasının banilərindən biri Bill Qeyts 2014-cü ildə Kaliforniyada Santa-Fe rançosunda at fermasının alınmasına 18 milyon dollar xərcləyib. Ranço Paseana adlanan bu ferma ippodrom, qonaq evi, ofis, baytar otağı, bağça və 5 tövlədən ibarətdir. Bununla yanaşı, B.Qeyts Sietldəki əsas malikanəsindən başqa Uellinqtonda (Florida ştatı) daha bir rançoya da sahibdir.

“Dell” şirkətinin banisi və rəhbəri Maykl Dell öz ailəsi ilə birgə Havay adalarında yerləşən, Raptor Residence adı ilə məşhur olan malikanəsində dincəlir. Deyilənə görə, 64 milyon dollar qiyməti olan bu malikanədə 7 yataq otağı var.

“Virgin Group” kompaniyasının sahibi, milyarder Riçard Brenson Neker (Necker Island) adasını bütünlüklə satın alıb. Adadakı malikanədə isə qonaqlar üçün nəzərdə tutulmuş səkkiz yataq otağı var.

“Oracle” şirkətinin banisi, milyarder Larri Ellison da Havay adalarının birinə sahibdir. Adanı 2012-ci ildə 500 milyon dollara satın alan Ellison burada darıxsa, ya Rancho Mirage kurort-şəhərində özünə məxsus qolf klubuna, ya da Malibu sahillərindəki malikanələrindən birinə gedi

Maraqlı ola bilər: Forbesə görə ən yaraşıqlı və gözəl milyarderlər

©banco.az

PAYLAŞ