Milyarder olmaq üçün universitetdə hansı ixtisasda oxumaq lazımdır

Date:

Paylaş:

Əgər milyarder olmaq istəyirsinizsə, universitetdəki ixtisasınız mühəndislik olmalı və ya ilk işinizdə satış mütəxəssisi kimi çalışmalısınız.

biznesmen

Bu barədə Böyük Britaniyanın işəgötürmə agentliyi “Aaron Wallis Sales Recruitment” xəbər verir. Agentliyin apardığı son tədqiqatda “Forbes”in ən varlı 100 şəxsin universitetdə hansı ixtisas üzrə oxuduqlarını, ilk işlərini və necə varlandıqlarını araşdırıb.

Məlum olub ki, dünyanın ən varlı 100 nəfərinin 75-nin universitet dərəcəsi var və onlardan 22-si mühəndislik üzrə təhsil alıb.

Top 100-lükdə yer alan varlı şəxslərin 19%-i satış mütəxəssisi kimi və 17%-i isə səhm treyderi kimi birinci işlərinə başlayıblar.

Dünyanın ən varlı 100 milyarderi 17%-i öz bizneslərini yaradaraq karyeralarına başlayıblar.

Dünyanın ən varlı milyarderlərinin təhsil aldığı top 5 ixtisas: 

1. Mühəndislik — 22 milyarder

2. Biznes — 16 milyarder

3. Maliyyə və İqtisadiyyat — 11 milyarder

4. Hüquq — 6 milyarder

5. Kompüter Elmləri — 4 milyarder

Və onların ilk işləri:

1. Satış Mütəxəssisi — 10 milyarder

2. Səhm treyderi — 9 milyarder

3. Proqramçı — 5 milyarder

4. Mühəndis — 5 milyarder

5. Analitik — 4 milyarder

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...