Milyarder iş adamları və həyat yoldaşları

Date:

Paylaş:

1- Mark Zuckerberg və Priscilla Chan

Facebookun qurucusu Mark Zuckerberg həyat yoldaşı ilə Harvard universitetində tanış olub. Mark Priscilla ilə tanış olmazdan əvvəl Erica Albright adlı qrup yoldaşı ilə sevgili olub. Ancaq Erica Zuckerbergi tərk edib… 2012-ci ildə Mark Priscilla ilə evlənib.

2- Warren Buffett və Astrid Menks

Warren Buffet dünyanın ən məşhur investorlarından biridir. 1970-ci ildə Buffet həyat yoldaşı Astrid ilə tanış olanda ofisiant işləyirdi. Aralarında 16 yaş olmasına baxmayaraq bu onların sevgisinə əngəl ola bilməyib…

3- Bill Gates və Melinda Gates

Bill Gates öz həyat yoldaşı ilə Microsoft tərəfindən keçirilən bir konfrasda qarşılaşıb. 1994-cü ildə evləniblər və 3 uşaqları var. Birlikdə Gates Fondu qurublar.

4- Larry Page və Lucinda Southworth

Google-un həmtəsisçisi Larry Pagein özündən 7 yaş kiçik yoldaşı haqqında məlumat çox azdır. Çünki çox diqqət çəkməməyə çalışırlar. Tanış olduqdan bir neçə ay sonra evləniblər.

5- Jeff və MacKenzie Bezos

Amazonun qurucusu Ceff Bezos həyat yoldaşı Mackenzie ilə 1992-ci ildə tanış olub və 1 il sonra evlənib. Mackenzie müsahibələrinin birində Ofislərimiz bir-birinin yanındaydı və günlərlə onun möhtəşəm qəhqəhələrini eşidirdim, necə aşiq olmaya bilərdim? deyib. Hazırda 4 uşaqları var.

6- Richard və Joan Branson

Virgin Group qurucusu Richard Branson həyat yoldaşı ilə antik əşya dükanın tanış olub. Joan evli olmasına baxmayaraq Richard onu özünə aşiq etmək üçün 1 il vaxt sərf edib və sonda Joan həyat yoldaşını Richarda görə tərk edib…

7- Stefan və Carolyn Persson

H&M’ın CEO-su Stefan Perssonun həyat yoldaşı çox kasıb bir ailədə yaşayıb. Carolinlə Stefanın 3 uşağı var və sadə həyat yaşayırlar.

8- Bernard Arnault və Helene Mercier

Dior, Givenchy, Selin, Lacroix, Kenzo, Guerlain, Sephora, Hennessy, Mo’yit & Chandon, Dom Perignon, Pommery, Veuve Clicquot və Krug moda evlərinin sahibi Bernard Arnault klassik musiqiləri sevir və Helen də profesional pianino ifaçısıdır. Onlar 1991-ci ildə evləniblər və üç uşaqları var.

9- Michael və Susan Dell

Micheal Dellin həyat yoldaşı Susan professional atletdir və başarılı bir idmançı olması Dellin cəlb edib. Hazırda 4 uşaqları var.

10- Michael Bloomberg ve Diana Taylor

Bloomberg siyasətçi, iş adamı və Nyu-Yorkun ex-bələdiyyə başçısıdır. İlk həyat yoldaşından ayrılıb və 2000-ci ildən bəri Diana ilə birlikdədir. Onlar ailə həyatı qurmaq istəmədiklərini bildiriblər.

Azərbaycanlı milyarderlərin xanımları

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...