Əsas səhifə İş adamları Milyarder iş adamı Zarah İliyevin həyatı və biznesi

Milyarder iş adamı Zarah İliyevin həyatı və biznesi

2655
PAYLAŞ

Zarah İliyev: İş adamı yoxsa dağ yəhudilərinin Moskva diasporunda müvəffəqiyyətli pul idarəçisi?

“Bizim kəndimiz Qırmızı qəsəbə (Quba) Bakının 150 km şimal-qərbində, Rusiyanın Dağıstan sərhədi yaxınlığında yerləşir. Əcdadımız 1492-ci ildə İspaniyadan sürgün edilib, müvəqqəti olaraq İranda sığınıblar və Hüseyn Əli xanın dəvəti olaraq XVIII əsrin ortasında Quba xanlığında yerləşiblər.

Zarah İliyev

Yerlilərin əsas məşğuliyyətləri ticarət və sənətkarlıq olub. Çox yaxşı yaşayıblar.

Çayın digər tərəfində Quba qəsəbəsinin digər mərkəzi bölgələrində toyuqlar gəzərkən Qırmızı qəsəbədə isə geniş asfaltlı yollar var idi. XIX əsrin sonlarında qəsəbəmiz boşalmağa başladı. Bəziləri İsrailə, bəziləri isə Amerikaya getməyə başladılar. Son zamanlarda isə hər kəs Moskvaya getməyə başladı. Davamlı olaraq kənddə təxminən 3000-3500 nəfər yaşayırdı. Moskvada bundan beş qat daha çox məskunlaşma vardı.” Zarah İliyev

Zarah İliyev kimdir?

Zarah İliyev 1966-cı ildə Qubada Qırmızı qəsəbədə dünyaya gəlib. Rusiyanın ən uğurlu iş adamlarından biri və 15 000 insanın daxil olduğu dağ yəhudilərinin Moskva icmasının rəhbəridir. Atası Bension İliyev çəkməçi işləyib. Onun beş oğlu da – Lazar, David Yaruhom, Zarah və Savely uşaqlıqdan dərini necə istifadə etmək lazım olduğunu çox yaxşı bilirdilər. Bu sahədə ilk təşəbbüskar qabiliyyətini Zarah sərgiləmişdir. Hələ şagird vaxtı o, bir yoldaşına şapka “aerodrom” tikib. Zarahı Qırmızı Qəsəbədə hər kəs çox sevir və hörmət edir və onu çox istedadlı və enerjili hesab edirlər.

Biznesə necə başlayır?

17 yaşındaykən Zarah Moskvaya gedir və orada artıq iki əmisi və əmisi oğlu işləyirdilər. Moskvaya ilk dəfə gəldikdə o gül satmaq, mağazalara şərab paylamaqla məşğul idi. Daha sonra ticarət məntəqələri alaraq sahibkarlara icarəyə verirdi. Zarah İliyev zamanla Rusiyanın paytaxtında yarım milyon dollarlıq daşınmaz əmlak bazarını idarə edir. Müvəffəqiyyətin sirrini Zarah İliyev paylaşmaq istəmir. Forbes jurnalına müsahibə verməyi isə qəbul etmir.

İliyev qısa müddətdə həmyerlilərinin etibarını qazanır. Azərbaycandan gələn məhsulların saxlanmasını da ona həvalə edirlər. Anbar yaradaraq məhsulları qaydasına görə necə saxlamaq lazım olduğunu sübut edir. Diaspora nümayəndələri irəliləyən zamanlarda İliyevi böyük layihələrdə həm dəstəkləyirlər həm də kredit verirlər.

Savi Abramoviç İliyev haqqında belə deyir “Zarahın adı müvəffəqiyyət sözü ilə eyni anda səslənir”

1993-ci ildə yaratdığı “İliyev” şirkəti təxminən 15 hektar Çerkizovskiy adlı bazarı idarə edirdi. İliyevin yanında bizneslə məşğul digər bir nəfər isə başqa bir dağ yəhudilərindən olan Telman İsmayılov olur.

Yəhudi bazarında qaydalar

İki konteyner sahibi Bakılı İskəndər deyir: “Heç bir bazarda bizə bu qədər yaxşı davranmırlar”. Yəhudi bazarında qaydalar başqa cürdür. Əgər pulun yoxdursa kirayə haqqında gecikməyə görə xahiş edə bilərsən. Oğruları dərhal kənarlaşdırırlar. Hər şeyə nəzarət edən müfəttişlər bizə yaxın durmurlar – rəhbərliyə ödənişi ödəyirsən və o bütün problemləri həll edir.

2003-ci ilin sonu yeni layihələr və investisiyalar üçün İliyevə təkliflər gəlir. Qısa bir müddət sonra İliyev və ortaqları “Grand” adlı mebel mərkəzini alırlar. Buranın yeni sahibləri mərkəzdə bir çox yeni dəyişikliklər edirlər. Daha çox müxtəlif və keyfiyyətli məhsullar alırlar. “Grand”da artıq yalnız mebel deyil böyük hipermarket “Elektroplaza” Şirkət “Eldorado” və böyük “Art De Vivre” adlı xalça mağazası da xidmətə təqdim edilir.

Zarah İliyev

Yəhudi diasporunun başqa bir üzvü isə Qod Nisanovdur. Zarah İliyev ilə iş yoldaşlıqları tam olaraq bu “Grand” ticarət mərkəzindən sonra güclənib.

2005-ci ildə Bakıda Nərimanov rayonunda Bakı Dəri Fabriki açılır. Şirkət burada dərini işləyərək ayaqqabı, çanta və pencək istehsal edir.

Söz-söhbətlərə görə bu proyektdə İliyev qardaşı Yaruhomuya (eyni zamanda müəssisənin sahibi) kömək edir.

“Bu bir iş adamı olaraq İliyevin mənfi tərəfidir. O, bir çox yaxınlarını ətrafında cəmləşdirib.” Moskvada iş ortaqlarından biri belə söyləyir.

Bununla birlikdə İliyev etdiyi bütün layihələrdən özü üçün fayda əldə etməyi çox yaxşı bilir. Beləcə dəri fabriki ona böyük səviyyədə dəstək gətirir. Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin açılışına qatılaraq bu sözləri söyləyir- “Bu fabriki işlədən insanlar digər sektorlarda da böyük uğurlar əldə edə bilərlər. Onlar hər səviyyədə dəstəklənməlidir.”

2017-ci ildə Forbes jurnalı Zarah İliyevin sərvətinin 3 milyard dollar olduğunu bildirib.

Qod Nisanov kimdir?

PAYLAŞ