Əsas səhifə Biznes Milyarder David Rokfeller həyatını itirdi

Milyarder David Rokfeller həyatını itirdi

5968
PAYLAŞ

Dünyanın ən varlı insanlarından biri olan David Rockefeller ABŞ-ın New York şəhərində xroniki ürək çatmazlığından həyatını itirib.

Hədəfi 200 yaşını görmək idi

6 ürək, 3 böyrək və 2 ciyər nəqli edilən Rockefeller 100 yaşına çatan zaman “200-cü ad günümü qeyd etmək istəyirəm “demişdi.

David Rockefeller kimdir?

David Rockefeller 12 İyun 1915-ci ildə doğulub. Amerikalı bankir və iş adamı kimi tanınıb. “Dünya imperatorluğu” və “Yeni dünya nizamı” kimi ifadələri ilə diqqət çəkib. Rockefeller ailəsinin üzvlərindən olan milyarder Standard Oil Company şirkətinin qurucusudur. Rockefeller şirkətlər qrupunun qurucusu John D. Rockefellerin böyük oğlu, Chase Bankın köhnə başçısı olub. Rockefeller şirkətlər qrupuna üzv olan Abby, John D. III, Nelson, Laurance and Winthrop adında beş qardaşı var. 2008-ci ildə Harvard Universitetinə 100 milyon $ hədiyyə edib.

David Rockefellerin sahibi olduğu şirkətlər, idarə etdiyi və kömək etdiyi fondlar, dərnəklər, başda 1904-ci ildə qurulan dünyanın hər yerində tələbələrə təqaüd verən Rockefeller Fondu və digər fondlar və təşkilatları ilə dünyanın az qala yarısından çoxuna təsir edən biri olub.

Dünyanı idarə edən ailələr

PAYLAŞ