Microsftun baş direktoru Satya Nadellanın uğurlu karyera həyatı

0
2018
Satya Nadella 1967-ci ildə Hindistanın Heydərabad kəndində dünyaya göz açıb. Onun atası dövlət qulluqçusu, anası isə sanskrit dili üzrə mütəxəssis olub.

Uşaqlıqda Nadella peşəkar kriket oyunçusu olmaq istəyib və məktəbdə həmin idman növü ilə məşğul olub.  Sonra isə anlayır ki, elm və texnologiya onu daha çox özünə cəlb edir. 1988-ci ildə o, Manipal Texnologiya institutunda elektron-mühəndislik fakülətsini bitirir. “Mən həmişə bilirdim ki, nəsə yaratmaq istəyirəm” – bir dəfə Nadella müsahibəsində söyləyir.

Lakin Nadellanın oxuduğu institutda, kompüter elmlərini güclü tədris edən əsl proqram olmadığı üçün, o ABŞ-a yola düşür və Viskonsin-Miluoki Universitetinə daxil olur. Buranı isə 1990-ci ildə bitirir.

Daha sonra, o əfsanəvi sillkon vadidə, kompüter avadanlığı təchizatı ilə məşğul olan Sun Microsystemsdə işə düzəlir.

1992-ci ildə Nadella Microsofta gəlir. O zaman general direktor hələ də Bill Qeyts idi, Windows əməliyyat sistemi isə dünyanın fəthinə hələ təzə təzə başlayırdı.

Nadella  kompaniyada çalışan 30 immiqrantdan biri idi. Onun üzərində çalışdığı ilk layihələr, Windows NT əməliyyat sistemi və Microsoftun uğursuzluğa düçar olan interaktiv televiziya məhsulu idi.

Microsoftdakı ilk iş illərində Nadella bütün həmkarlarını hər həftəsonu kompaniyanın Redmonddakı kampusundan, yəni Vaşinqton ştatından Çikaqo universiteti nəzdində Buta adına Biznes məktəbə getməsi ilə heyrətləndirirdi. Öz təhslini o, 1997-ci ildə başa vurur.

1999-cu ildə Nadella Microsoft Central-da vitse-prezident vəsifəsində özünün ilk idarəedici vəzifəsini icra etməyə başalyır. Bu bölmə özündə kiçik bizneslər üçün nəzərdə tutulmuş veb-servislər həyata keçirir, bu sırada provayderlər üçün hosting və poçt sistemini qeyd etmək olar. 2000-ci ildə də isə Microsoftun baş direktoru Stiv Balmer olur.

2001-ci ildə Nadella Microsoft Business Solutions-un vitse prezidenti vəzifəsinə yüksəlir. Bu qurup, həmin dövrdə kompaniya tərəfindən bir sıra sövdələrin və şirkət alınmalarının nəticəsində formalaşır. Onların sırasında kiçik və orta biznes üçün mühasibat proqram təminatın hazırlanması ilə məşğul olan Great Plains şirkəti də var idi. Microsoft Business Solutions həmçinin Salesforce-un bir başa rəqibi olaraq, bulud-CRM sisteminin hazırlanması üzərində işləyirdi. Nəticədə bütün bu məhsullar yeni Dynamics adını alır.

Nadellanın karyerasında uğurun ardı gəlir.  2007-ci ildə o, Microsoft Online Servicesdə baş-vitse prezident təyin edilir və Bing axtarış maşınına və həmçinin Microsoft Office-in öncəki onlayn versiyalarına və Xbox Live oyun servisinə görə məsuliyyyət daşıyır.

2011-ci ilin fevralında Nadella karyera nərdivanında daha bir pillə yüksəlir – onun server və servislər bölməsinin rəhbəri təyin edirlər. O kampaniyanın data-mərkəzi üçün ən gəlirli sahələrə görə məsuliyyət daşıyır, misal üçün Windows Server və SQL Server məlumatlar bazası. Bundan əlavə qrup Balmerin ən ambisiyalı layihəsi – Microsoft Azure bulud platforması üzərində də çalışırdı.

Nadella serverlərlə işləməyə təzə başlayanda, bu biznes $16,6 milyard dollar gəlir gətirirdi. 2013-cü ilə isə o, $20,3 milyarda qədər yüksəlir.

Amma bu dövrdə Microsoft yeni problemlərlə üzləşir, Windows 8 uğursuzluğa düçar olur, iphone və Android telefonları isə məşhurluğuna görə Windows sistemi ilə çalışanları üstələyir. Həmçinin Bing axtarış sistemi də heç cürə Google ilə rəqabət apara bilmir. Ən böyük çətinliklər isə Stiv Balmerin üzərinə düşür.

2013-cü ildə Balmer istefası haqqında və kompaniyanın yeni direktor axtarması ilə bağlı məlumat verir. Komitə namizədlərin siyahısına həm Stiv Balmeri, həm də Bill Qeytsin özünü də daxil edir. Yayılan bir sıra xəbər və şaiyələrdən sonra 2014-cü ilin fevralında şirkət bəyan edir ki, yeni rəhbər Nadella olacaq.

Nadellanın direktor vəzifəsində çalışmağa razı salmaq üçün komitə ildə ona 84 milyon dollar həcmində əməkhaqqı  təyin edir.

Nadella ilk dəfə baş direktor vəzifəsinin icrasına başlayanda bütün şirkət əməkdaşlarına elektron məktub göndərir.

Məktubun mətni təxmini belə idi: “Mənim 46 yaşım var.Mən artıq 22 ildir ki ailəliyəm və mənim üç uşağım var. Mənim fikrimlərin və  əməllərimin bir çoxu mənim ailəm və həyat təcrübəm sayəsində formalaşır. Məni tanıyanlar deyir ki, mənə daha çox məraq və öyrənmək eşqi kimi xüsusiyyələr isə xarekterizə etmək olar. Mən oxuya biləcəyimdən daha çox kitab alıram. Mən keçə biləcəyimdən daha çox onlayn kurslara yazılıram. Mən səmimi qəlbdən inanıram : Siz oxumağı dayandırdığınız anda yararlı və dahiyanə nəsə etməyi də dayandırmış olursunuz. Ona görə də məni ailə, maraq və bilik əldə etmək eşqi səciyyələndirir”.

Bir dəfə Nadella proqramlaşdırma kodlarını poeziya ilə müqayisə edir.

«Siz nəsrlə çoxlu sayda cümlə ilə ifadə edə biləcəyiniz bir fikri götürürsünüz və onu nəzm ilə bir neçə misrada ifadə edirsiniz, lakin bu zaman bütün mənanı qoruyursunuz. İdeal kod poeziyanı xatırladır.“ – o, Politico nəşrinə söyləyir.

Nadella qısa müddətdə  Microsoft əməkdaşlarının rəğbətini qazanır, o kompaniyanın öz yolunu tapması və müştəriləri geri qaytaramaq üçün əlindən gələn, lazımı dəyişiklikləri edir.

Belə dəyişikliklərdən biri şirkətin ənənəvi rəqiblərindən  olan Linux əməliyyat sistemi ilə barışıq əldə etməsi olur.  Nadellanın rəhbərliyi altında Microsift Linux xeyriyyə fonduna üzv olur.

Bundan əlavə kompaniya iPad-da Microsoft əməliyyat sistemini buraxır.

… 2,5 milyard dollara Mojang, məşhur Minecraft oyunun tərtibatçı-kompaniyasını alır.

…İOS və Android üçün də Microsoft Outlook… kimi əla tətbiqlər istehsal edir.

… Qərara gəlir ki, Windows 9-u çıxarmasın və əvəzində isə Windows 10 əməliyyat sistemini mükəmməlləşdirir.

… ilk Microsoft Surface Book noutbukunu təqdim edir.

2015-ci ildə Nadella öz sevimli Microsoft tətbiqlərini İphone ekranında nümayiş etdirir.

Nadella bir çox işləri görür və investorlar onu buna görə sevir. 2016-ci ildə Microsft-un səhmləri ilk dəfə 1999-cu ildəki rekrod dəyərini təzələyir.

Əməkdaşlar da onu, çünkü o kompaniyanı bir bütün halına gətirərək, ciddi çətinliklərin öhdəsindən gəlməyə çalışır.

2016-cı il şirkət üçün çox gərgin keçir. İyun ayında şirkət öz tarixində ən böyük sövdəni imzalayaraq, Linkedinini $26,2 milyar dollara alır.

Oktyabrda isə Microsoft şirkəti Surface Studio dizaynerləri üçün özünün ilk kompüterini təqdim edir.

Qarşıda şirkəti daha ciddi sınaqlar gözləyir, axı getdikcə daha az insan kompüter alır, nəinki əvvəl. Bundan əlavə Microsof-un dünya smartfon bazarındakı payı cəmi 1% təşkil edir. Hər şeyə rəğmən uzun müddətdən sonra Microsoft ilk dəfə irəliləyiş yoluna qədəm qoyduğu sezilir.

banco.az