Mentor Talks tədbiri başa çatdı

Date:

Paylaş:

22 Apreldə Pullman hoteldə 7 spikerin çıxışı ilə Mentor Talks tədbiri baş tutub.

Sloqanı “Gələcəyini bu gün inşa et!” olan tədbirin ilk kateqoriyası özünü inkişaf sahəsi olub.

Layihə rəhbəri Şamil Bağmanov “MentorTalks”un  ölkə üçün önəmindən danışaraq tədbiri  açıq elan edib.

Hər biri 20 dəqiqə olmaqla, 7 təcrübəli spikerin bir-birindən fərqli təqdimatları və özünəməxsus çıxışları iştirakçıları təəccübləndirib.

İştirakçıların marağına səbəb olan nüanslardan biri ucqar kənd müəllimi Həbib Əlizadənin səhnəyə kəndlərə kitab payladığı velosipedlə çıxması olub.

#MentorTalks’da təklif olunan “İanə” biletin digər biletlərdən fərqi onda olub ki, həmin bilet məbləğinin 10 AZN’i ilə ucqar kənd məktəblərindəki şagirdlərə kitab alınacaq.

Klass bileti alan şəxslər isə mentorlardan birini seçərək onunla fərdi sessiya əldə etmək imkanı qazanıblar.

Spikerlər və çıxışları:

-İlham Ali Yusif – PMP, layihə meneceri, bloqqer – “Biz bunları çoxdan bilirik!”

-Həlimə Qəmərlinskaya – Psixoloq, Kouç, Stres menecment üzrə ekspert – “Özünü inkişaf və motivasiyanın psixologiyası”

-Seymur Rəsulov – Ted Spiker, Kouç – “Gələcək üçün bu gün nə etməli?”

-Cəlalə Nəzəroğlu – Müəllif, Təsisçi, Radio aparıcısı, Natiqlik üzrə təlimçi – “Dilimin ucundakı kəlmələr”

-Coşqun Kərimov – Natiq, yazıçı, kouç – “Arzuladığınız hissi indi yaşayın!”

– İsmayıl Vəliyev – Spiker, kouç, Msc Harvard Universiteti (ABŞ-dan canlı bağlantı)

– “Bizə Mentor lazımdırmı?”

-Həbib Əlizadə – Ucqar kənd müəllimi – “Görəsən, mən o müəlliməm?”

Qeyd edək ki, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə “Rainergy” ixtirasıyla qatılaraq böyük uğura imza atan 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova da tədbirin qonaqları arasında olub.

#MentorTalks – özünü yetişdirmək istəyən parlaq fikirli insanların bir araya gəldiyi, ilham verən çıxışları olan tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya, məlumat və baxış açısı paylaşmaqdır.

İldə bir neçə dəfə təşkil olunması planlaşdırılan bu tədbir  özünü inkişaf, biznes, təşəbbüskarlıq, texnologiya, marketinq, təhsil, səhiyyə kimi sahələri əhatə edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...