Media biznesdir, ancaq formasını dəyişə bilər

Date:

Paylaş:

Belə bir anlayış var: “Həyatımızı iqtisadiyyatsız, informasiyasız və internetsiz təsəvvür etmək çətindir”.

Bəli, adıçəkilən 3 məhfum bir-birinə bağlıdır və onlar ya birbaşa, ya da dolayı yollarla həyatımıza daxil olur. Ola bilər ki, kimsə internetdən istifadə etməsin. Lakin bu o demək deyil ki, internet o “kimsə”nin həyatına daxil olmayıb.

Jurnalistika biznes sahəsidir

Biznes geniş anlayış olduğundan onun profili də genişdir. Biznesə daxil olan və böyük gəlir götürmək imkanına malik olan sahələrdən biri də jurnalistikadır.

Binayi-qədimdən, daha dəqiq yazsam, jurnalistika yarandığı gündən bu sahəyə həm də gəlir gətirən biznes sahəsi kimi yanaşılıb. Bunu hətta milli mətbuatımızın ilk qaranquşu olan “Əkinçi” qəzetinin ilk səhifəsindən görmək olar.

Uğurlarla yanaşı qüsurlar da ortaya çıxıb, bu gün də var, qalmaqdadır. Reket “jurnalistika”sını, adı ilə yaydığı informasiyanın əlaqəsi olmayan kütləvi informasiya vasitələrini (KİV), aldadıcı başlıqlarla, şəkil və videolarla, həmçinin, yalan xəbərlərlə geniş auditoriya qazanan yeni media vasitələrini misal çəkə bilərəm. Bu halda jurnalistika uğur qazana bilmir və onda bizneslik heç bir anlam qalmır.

Jurnalistika formasını dəyişə bilər

Əvvəllər ənənəvi media daha populyar idi. Bu mediaya daxil olan qəzetlər (jurnal və digər dövrü nəşrlər), radio və televiziya böyük auditoriyanı ətrafında cəmləmişdi. Yeni medianın yaranması ənənəvi medianı heç bir şəkildə sıradan çıxara bilmədi. Düzdür, yeni media ənənəvi medianı qismən auditoriya azlığına məruz qoydu. Məsələn, qəzetlərin tirajı xeyli azalda, bir neçəsi bağlandı və s.

Jurnalistikanın yeni forması olan onlayn media informasiya əldə etmək baxımından olduqca asan resursa çevirildi. Ucuz  başa gəldiyindən, həmçinin, qısa zamanda, asanlıqla əlçatan olduğundan yaranan medianın yeni tipi az bir zamanda populyarlaşdı.

Mediada necə biznes qura bilərəm?

Əski Sovet dönəmində “planlı iqtisadiyyat” deyilən anlayış mövcud idi. Yəni, fəaliyyət göstərən bütün müəssisələrin iqtisadi göstəriciləri “yuxarı”dan müəyyənləşdirilirdi. Bunun müqabilində isə müəssisə (onun səlahiyyətli şəxsləri) qarşıya qoyulmuş planı həyata keçirirdi. Müstəqillikdən sonra “azad rəqabət” mühiti yarandı. Və bununla biznes yeni inkişafa qədəm qoydu, “bazar iqtisadiyyatı” deyilən ifadə yarandı.

KİV-in geniş vüsət aldığı bir dönəmdə jurnalistika üzərindən biznes qurmaq sözün əsl mənasında çətindir. Jurnalistikada biznes qurmaq üçün ilk növbədə menecerlik və marketinq biliklərinə sahib olmalısan. Başqa sözlə, düzgün iqtisadi idarəetməni və satışı təşkil etməyi bacarmalısan.

Həmçinin, jurnalistikanı zərgər dəqiqli ilə bilməlisən. Qərəzli, qeyri-obyektiv, dəqiqlik və düzgünlükdən kənar, plagiat və bu kimi nöqsanlı fəaliyyət göstərən KİV-lərin sayəsində özünü təsdiqləmək, sübut etmək, auditoriyanın inamını qazanmaq çox çətindir. Bu özü də məsuliyyət və böyük əmək tələb edir. KİV-lərin əsas gəlir sahəsinin reklam olmasını nəzərə alsaq auditoriyanın nə dərəcədə əhəmiyyətli olmasını anlayarıq.

Məlumdur ki, ən böyük kapital bizim sərf edəcəyimiz vaxt, zamandır. Biznes səbri və ona ayrılan vaxtı sevir. Bu sevgi ilə yanaşı işimizdə məsuliyyətli olsaq jurnalistikada özümüzə yer ayıra, o sahədə biznes qura, yüksək gəlirlər əldə edə bilərik.

Müəllif: Rizvan Fikrətoğlu

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...