Maykl Cekson ən zəngin mərhum ulduzlar siyahısında yenə birinci olub

Date:

Paylaş:

Pop səhnəsinin kralı Maykl Cekson mədəni irsi hətta dünyasını dəyişdikdən sonra gəlir gətirməkdə davam edən məşhurların illik reytinq siyahısına yenidən böyük fərqlə başçılıq edib.

“Report” xəbər verir ki, siyahı Amerikanın “Forbes” jurnalında dərc olunub.

Nəşrin yazdığına görə, 2009-cu ildə vəfat edən müğənni artıq ardıcıl beş ildir ki, belə siyahıda birinci yeri tutur.

Pop ulduzunun mirası, həmçinin mülkiyyətləri ilə bağlı aparılan əməliyyatlar ona 12 ay ərzində 75 milyon dollar gəlir gətirib.

Siyahıda ikinci yeri peşəkar qolfçu Arnold Palmer tutub. O, ötən ilin sentyabrında vəfat edib. İdmançının nəticəsi 40 milyon dollardır. Üçüncü yer 2000-ci ildə həyatdan köçən amerikalı karikaturaçı Çarlz Şultsa məxsusdur – 38 mln. dollar. Varlı mərhum ulduzlar dördlüyünü “rok-n-rol” kralı Elvis Presli qapayır. 1977-ci ildə həyatını itirən müğənni il ərzində 35 mln. dollar qazanıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...