Mayk Tayson Azərbaycana gəlir

Date:

Paylaş:

Dünya şöhrətli amerikalı boksçu Mayk Tayson Azərbaycana gəlir.

Bu barədə “Qadzilla” şirkətinin rəhbərinin köməkçisi Vüqar Həsənov məlumat verib.

“Biz dünyaca məşhur idman simalarını Azərbaycana gətirəcəyik. Məqsədimiz tanınmış idman simalarını ölkəyə gətirməklə yanaşı, Azərbaycanı dünyaya daha da tanıtmaqdır” – V.Həsənov bildirib.

Onun sözlərinə görə, Taysonu Azərbaycana gətirmək də belə bir zərurətdən yaranıb:

“O, istənilən bir ölkəyə getsə, kimliyindən və peşəsindən asılı olmayaraq hər kəs onunla görüşüb, ən azı şəkil çəkdirmək istəyəcək. Biz də şirkət olaraq belə məşhur simaları Bakıya gətirərək onlarla fanatlarını görüşdürməyə çalışacağıq. Taysonun Bakıya gətirilməsi fikri də şirkətin rəhbəri Emil Əmiraslanova aiddir. Əminliklə deyə bilərəm ki, Mayk Taysonu görmək üçün qonşu ölkələrdən də gələnlərin sayı az olmayacaq”.

“Bundan başqa, məşhur qaydasız döyüş ustası Roys Qreysi də bu yaxınlarda Bakıya gələcək. Bu idmançıya da maraq böyükdür və Dağıstan, Rusiya, Qazaxıstan, İrandan tədbirdə iştirak etmək istəyənlər var. Düşünürük ki, Mayk Taysonun da tədbirində bu cür olacaq” – deyə V.Həsənov əlavə edib.

Şirkət təmsilçisi bildirib ki, tədbirdə tək boksçular yox, istənilən idman növü ilə məşğul olan idmançılar da iştirak edə biləcəklər:

“Boksu sevən, ona marağı olan hər kəs seminara gələ biləcək. Seminar bilet ilə olacaq. Bir sözlə, bilet alan hər kəs iştirak edə bilər. Tədbir iki gün davam edəcək. Birinci gün Tayson seminar keçirəcək. İkinci gün isə boksçu azarkeşləri ilə görüşəcək və imza günü keçiriləcək”.

Onun dediyinə görə, Taysonun Bakıya gəlişi noyabr ayının əvvələrinə planlaşdırılır:

“O zamana kimi seminarın və imza gününün təşkil olunacağı yerlər dəqiqləşəcək. Hələ ki, Roys Reysinin tədbirinə hazırlıq gedir”.

Qeyd edək ki, 22 iyulda məşhur qaydasız döyüş ustası, ciu-citsu üzrə braziliyalı peşəkar idmançı Roys Qreysi Azərbayacana gələcək. O da idmançılar üçün seminar keçirəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...