Mark Zükerbeq 2018-ci il üzrə hədəflərini açıqlayıb

0
1013
mark zuckerberg

Hər il özünə bir hədəf qoyan Facebookun qurucusu və CEO-su Mark Zuckerberg, 2018-ci il üçün hədəflərini açıqlayıb.

Zukerberqin 2018-ci il hədəfi Facebookdakı problemlərini həll etməkdir.

BBC-nin xəbərinə görə Zuckerberg, Facebooku təcavüz və nifrətdən qorumaq, Facebookda keyfiyyətli zaman keçirilməsini təmin etmək kimi məqsədləri həyata keçirmək üçün platformadakı problemləri həll etməyə çalışacağını söyləyib.

Zuckerberg daha əvvəlki illərdə özünə hər gün qalstuk taxmaq, Mandarin dilini öyrənmək, yalnız öz ovladığı ətləri yemək kimi hədəflər qoymuşdu.