Əsas səhifə Biznes ideyası Maraqlı və qəribə biznes ideyalar

Maraqlı və qəribə biznes ideyalar

877
PAYLAŞ

Qucaqlaşmaların satılması

Alimlər artıq çoxdan müəyyən etmişlər ki, qucaqlaşmaq stressin səviyyəsini azaldır və psixi sağlamlığa müsbət təsir göstərir. Təəccüblü deyil ki, ABŞ, Böyük Britaniya və Yaponiyada bununla pul qazanan təşəbbüskar insanlar peyda olmuşdur. Proffesional “qucaqlayanlar” müştərinin görüşünə getməyə və kiçik ödəniş qarşılığında onu səmimi, dostyana qucaqlamağa hazırdırlar. Bəzi “qucaqlayanlar” gün ərzində 350 dollara qədər qazana bilirlər. Bu “peşənin” yeganə mənfi cəhəti ondan ibarətdir ki, insanlar onları tez-tez intim xidmət göstərən sahənin işçiləri ilə səhv salırlar.

Bədənin yuxarı hissəsini icarəyə vermək

Amerikalı Ceyson Sedler öz bədəninin yuxarı hissəsini müxtəlif şirkətlərə icarəyə verir. Əslində bunda qorxulu heç nə yoxdur. O sadəcə onu icarəyə götürən şirkətin reklam köynəyini geyinir. Sedler öz karyerasının əvvəllərində öz xidmətləri üçün bir günə 1 dollar tələb edirdi. Lakin bir ildən sonra o artıq 1 gün üçün 365 dollar tələb edirdi.

Öz həyatını satmaq

Mayk Merill özü üçün belə bir biznes yaratmışdı: o özünü 100 min səhmə bölmüş və onların hər birini 1 dollara satmışdı. İndi amerikalının bütün vacib həyati məsələlərini onun yerinə səhmdarlar yerinə yetirirdilər. Yeni avtomobil alıb-almamaq, saçları digər rəngə boyayıb-boyamamaq, sevgilidən ayrılıb-ayrılmamaq – indi bütün bunlara Maykın yerinə digər insanlar qərar verirdilər.

kicik biznes, xirda biznes qurmaq, en yaxsi biznes, kicik biznesin yollari, iş qurmaq, en yaxsi biznes ideyalar, biznes plan numunesi, biznes qurmaq, biznes, yaratmaq, hansi biznesi qurmaq olar, biznes qurmaq isteyirem, biznes qurmaq ucun ideyalar