Əsas səhifə Vakansiya Mağaza meneceri (Pərakəndə satış sektoru)

    Mağaza meneceri (Pərakəndə satış sektoru)

    185
    Paylaş

    SSİ Retail Azərbaycanın ən uğurlu pərakəndə satış  şirkətlərindən biri olub- Mango, New Yorker, Next və digər məşhur brendləri ölkəmizdə təmsil edir. Şirkət Bakı şəhərində 12 mağazaya rəhbərlik edir.

    Hal hazırda SSI Retail şirkətinə daxil olan Mango mağazasına Mağaza meneceri (Pərakəndə satış sektoru) tələb olunur.

    Vəzifə öhdəlikləri (Sadəcə bunlarla məhdudlaşmır):

    • Satış planı qurmaq və həyata keçirilməsinə nəzarət etmək
    • Mağazadaxili bütün işləri tənzimləmək və icrasını təmin etmək
    • Müştəri məmnuniyyətini təmin etmək
    • Mağazadaxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət etmək
    • İşçi heyətini motivasiya etmək, təlim keçmək, satış prinsipləri ilə tanış etmək
    • Günlük, həftəlik, aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
    • Rəhbərlik tərəfindən qoyulan tapşırıqları düzgün və vaxtında yerinə yetirmək

    Tələblər:

    • Yaş həddi: 26-36
    • Geyim sahəsində Menecer və ya Menecerin köməkçisi vəzifəsi üzrə azı 1 il iş təcrübəsi
    • Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili -əla
    • Kompüter bilikləri: Microsoft Office
    • Ünsiyyətcillik və liderlik bacarığı
    • Dürüstlük və məsuliyyətlilik

    İş haqqında məlumat:

    • İş rejimi: Növbəli qrafik ( həftə ərzində 1 gün istirahət)
    • Gün ərzində 1 saat nahar fasiləsi
    • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə
    • Stabil əmək haqqı + satışdan %lər

    Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini recruitment@ssi.az – e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mağaza meneceri (Pərakəndə satış sektoru)” qeyd etmələri xahiş olunur.

    Paylaş