“Made in Azerbaijan” loqosunun təqdimatında 100-ə yaxın iş adamı iştirak edib

1
834

Bu gün Bakıda Ixracatçılar Klubunun 2018-ci ildə ilk iclası və “Made in Azerbaijan” brendinin loqosunun təqdimat mərasimi keçirilib.

“Report”un verdiyi xəbərə görə, tədbirlərdə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi yerli şirkətlərin daxili və xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Çilli brendlərimizin yaradılması və inkişafı, daha geniş coğrafiyada tanıdılması istiqamətində tədbirlər görülür”.

Loqonu “Leo Burnett” şirkətinin nümayəndəsi Abbas Fətullayev hazırlayıb. O, özündə Azərbaycanın zəngin təbiətini və təbii sərvətlərini, müasirliyini, ölkənin yüksək mədəni səviyyəsini, eyni zamanda xalq sənətkarlığının atributlarını əks etdirir.

1 COMMENT