Ma Huateng, Google-un yaradıcılarından daha varlı oldu

Date:

Paylaş:

Çinin internet nəhəngi Tencent Holdings-i ilin şirkəti adlandırmaq olar bəlkə də, şirkət inanılmaz yüksəlişə davam edir.

Şirkətin səhmlərinin qiymətindəki artım, Tencentin sədri Ma Huatengin sərvətini Hong Kongda çərşənbə axşamı səhər saat 12:15-də 48.3 milyard dollara çatdırdı.

Bununla da o, Forbesin Real Time reytinqinə əsasən, dünyanın 9-cu ən zəngin şəxsi oldu.

İlk dəfədir ki, bir çinli milyarder dünyanın 10 zəngin insanı sırasına daxil olur. Ma indi Google qurucularından Larry Page və Sergey Brindən, həmçinin Walton ailəsinin üzvlərindən (pərakəndə Walmart ticarət şəbəkəsinin vərəsələri) daha zəngindir.

Tencentin bazar kapitallaşması ilk dəfə 500 milyard dollar keçdiyi üçün, Manın ilk onluğa daxil olması gerçəkləşib.

Pony Ma kimi tanınan Ma Huateng, Tencent Holdings-in 9%-nə sahibdir. Şirkətin məşhur WeChat tətbiqində 960 milyondan çox istifadəçi var. Bu ayın əvvəlində, Tencent, Snapchatın məxsus oldu Snap’ın 12% hissəsini satın alıb. Məlumatlara əsasən Tencent həmçinin elektron avtomobil istehsalçısı Tesla Motors və Activision Blizzard videooyun şirkətində də azacıq paya sahibdir.

©banco

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...