Əsas səhifə Texnologiya Məşhur startaplar ilk müştərilərini necə qazanıb?

Məşhur startaplar ilk müştərilərini necə qazanıb?

223
PAYLAŞ

Hazırda dünyada bəzi məşhur platformalar var ki, onlar da ilk vaxtlar fəaliyyətinə startap kimi başlayıb.

Bu layihələr fəaliyyətə başlayanda bazarda güclü rəqibləri olub. Halbuki, indi milyonlarla müştərisi olan bir resursa çevriliblər.

Bəs necə oldu ki, bu platformalar rəqiblərini keçərək, uğura daha tez çatdı?

Məsələn, Airbnb işə başladığında bazarda Craiglist kimi güclü bir rəqibi var idi. Quora heç bir istifadəçisi olmadan necə istifadəçi qazanacağını bilmirdi. Bütün bu startaplar mövzu ilə ilə bağlı sualları cavablandırıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Airbnb-dan Dropbox-a, Quora-dan Tinder-a və Foursquare-ə, bu gün milyonlarla istifadəçiyə çatan startapların cavabları isə maraqlı və qəribədir.

Airbnb rəqibi Craiglist-dən istifadə etdi

 

Craiglist dövrün ən məşhur bazar yeri idi və Airbnb-nin Craiglist istifadəçilərini hədəf götürməsi lazım idi. Airbnb çarəni Craiglist istifadəçilərinə e-poçtlar göndərməkdə tapdı. Belə ki, Airbnb Jill B. kimi yarı anonim adlara aid gmail hesablarından Craiglist istifadəçilərinə Airbnb-yi tərifləyən mesajlar göndərir. Bu mesajlarda istifadəçinin elanını verdiyi mülkün Airbnb adında dünyanın ən böyük onlayn kirayə saytlarından birində yayımlanmasının vacib olduğu deyilirdi.

Airbnb bu e-məktublarla birlikdə ilk istifadəçilərinin evinin fotosunun saytda görünməsinə şərait yaratdı. Bu gün də foto məzmunları Airbnb-yi Airbnb edən əsas xüsusiyyətlərdən biridir. Artıq Airbnb-nin bunun üçün istifadəçiləri razı salmasına ehtiyac yoxdur.

Dropbox bir tanıtım videosuyla 70 min istifadəçi qazandı

2008-ci ildə reklam üzərindən hər bir yeni istifadəçi üçün 300 dollar xərcləməli olan Dropbox fərqli bir yol sınamaq məcburiyyətində idi. Belə ki, Dropbox-ın qurucusu Drew Houtson saytın necə çalışdığını əl istehsalı bir videoyla izah etməyə qərar verir. CEO doğru bir qərar vermiş olacaq ki, videonu yayımladığı gecə qeydiyyatda olan istifadəçi sayı 5 mindən 75 minə çıxdı.

Dropbox-ın bir digər yeni istifadəçi qazanma taktikası isə sosial şəbəkələrdə xidməti paylaşan istifadəçilərə əlavə 128 MB  paylaması oldu. Startap bunun sayəsində bir ayda təxminən 3 milyon dəvətnamə göndərdi.

Quora və Reddit-in ilk məzmunlarını qurucuları istehsal etdi

 

İstifadəçi məzmunu yaratmaq üçün yaxşı xidmət olmalı və bu xidmətə istifadəçiləri cəlb etmək lazımdır. Çünki istifadəçi yoxdursa məzmun, məzmun yoxdursa, yeni istifadəçi da yoxdur. Quora və Reddit bu problemi özləri yaratdığı məzmunlarla həll etdilər. Belə ki, Quora qurucuları xidmətin ilk aylarında bütün sualları və cavablarnı özləri yazarkən, Reddit saxta istifadəçi hesablarından link paylaşdı. Bu, saytın bir neçə güclü istifadəçi tərəfindən idarə edildiyi iddiasını pozdu. İki startap üçün də aylarla davam edən evdə məzmun yaradılması prosesi əvvəl texnologiya auditoriyalarına çatmalarını təmin etdi. Məzmunların kifayət qədər maraqlı olması istifadəçilərin təkrar -təkrar sayta daxil olmasına gətirib çıxardı.

Tinder mobil üçün sadə bir başlanğıc etdi

Tinder kəşf ediləcəyinə qədər tanışlıq saytlarında səhifələrlə anket doldurulur, testlər həll edilir, saxta olmadığı ümid edilən profillərlə qarşılaşdırılıb, tanış  edilirdi. Bir müddət sonra Tinder bu prosesi qısaldıb, rəsmiyyəti aradan qaldırdı.

Belə ki, qarşılıqlı bəyənmə təmin edilmədikcə istifadəçilərin bir-birinə mesaj göndərməsidəki maneləri, yoldaşlıq saytlarında ən çox şikayət edilən “mesaja boğulma” problemini aradan qaldırdı.

Məkan əsaslı bir tətbiq olan Tinder bunun sayəsində ilk mərhələdə kiçik bir toplumu idarə etdi. İlk başladığı 2012-ci ildə universitetləri hədəfləyən Tinder daxil olduğu hər şəhərdə xüsusi yığıncaqlar təşkil etdi və bu tədbirlərə giriş üçün mobil tətbiqini yükləməyi əsas şərt olaraq önə sürdü.

İlk yükləmənin ardından sürətlə yayılan Tinder-ın hekayəsi başlanğıcda işləri sadə etmənin əhəmiyyətini ortaya qoyur.

PAYLAŞ