Əsas səhifə Biznes Məmişoğlu Azərbaycanın lüks bər-bəzək bazarına girir…

Məmişoğlu Azərbaycanın lüks bər-bəzək bazarına girir…

253
Paylaş

Trabzon əsilli biznesmen Samət Məmişoğlu və ortağı Orhan Güzelaydın birləşərək Türkiyənin bu il 7 milyard TL-yə çatması gözlənilən lüks bər-bəzək və aksessuar bazarına giriblər.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Məmişoğlu və ortağı ötən il “Emper — Luxury Accessories” adlı şirkət qurublar.

“TF Est.1968” markası saatlar, kişi köynəkləri üçün qol düymələri, kəmərlər, qələmlər və digər aksessuarlar istehsal edir. Bu markadan olan qol düymələrinin qiyməti orta hesabla 500 İsveçrə frankıdır, kəmərləri isə 600 franka almaq olar.

“Emper — Luxury Accessories” şirkəti indiyə qədər 15 mağaza açıb. Məmişoğlu tezliklə Azərbaycanda da satış şəbəkəsi quracaqlarını deyir. O, bildirir ki, hədəfləri lüks markaları təmsil edən əsas şirkətə çevrilməkdir.

Paylaş