Əsas səhifə İş adamları Məktəbi tərk edib milyon dollarlıq saat biznesi qurdu

Məktəbi tərk edib milyon dollarlıq saat biznesi qurdu

688
PAYLAŞ

1980-ci il Tahtakale

Zamanın texnologiya məhsulları və saatları bütün Türkiyəyə buradan yayılırdı. Ən çox satılan məhsullar isə saatlar idi. Tahtakalenin öndə gedən saatçıları bu məhsulları İsveçrədən gətirir və Türkiyədə satırdılar. Tahtakalenin kiçik dükanlarında satıcı köməkçiləri işləyirdi. Ramazan Kaya da bu dükanlardan birində satıcı yanında köməkçi işləyib. İstanbula gələn turistlərə saat satan bu uşaq hələ o zaman 14 yaşında idi.

saat biznesi

“Məktəbi buraxacağam”

Tahtakaledəki ticarət həyatı Ramazana dərindən təsir etmişdi. Hətta buna görə məktəb təhsilini yarıda buraxmalı olur. Avqustun isti günləri geridə qalıb Sentyabr ayının küləkləri başladığı bir səhər atasının qapısını döyüb “Mən artıq məktəbə getməyəcəyəm” deyir.
Ailəsi isə bu qərarına reaksiya göstərmir. Anlayışla qarşılayırlar. Ramazan ibtidai məktəbi bitirmədən təhsil həyatını bitirmişdi. Ramazan üçün həyat o sentyabr ayında başlamışdı. İllər sonra verdiyi bir reportajda isə o günləri belə izah edirdi: “Hər şeydən əhəmiyyətlisi uşaq olduğunuzu hiss etmirsiniz. Sürətlə böyüyürsünüz və özünüzü tanıyırsınız. Mən çox danışan, hərəkətli və heç bir işi yarıda qoymayan bir. Harada nə ucuzdur, nə bahalıdır dərhal araşdırıb tapa bilirdim. ”

Çox ağıllı uşaq idi

Hər cümə günü həftəlik maaşını yığırdı. Yığıdığı pullar qarşısına qoyduğu hədəfi aşmışdı və artıq öz məqsədlərini həyata keçirmək vaxtı idi. O zaman Ramazanın 20 yaşı var idi.
Valideynlərinə öz məqsədini izah edəndə yox cavabı alsa da yolundan imtina etmir. İngiliscəni öyrənmək üçün bir yol tapmalı və xaricə getməli olur. Bu yalnız dil öyrənmək üçün yox həm də yeni trendləri təqib etmək üçün lazım idi. Sonradan valideynlərini yola gətirib İngiltərəyə yola düşür.

Saat mağazaları şəbəkəsi

Ramazan Kaya dayısının dəstəyilə Londona gedir və orada 2 il qalır. Londonun ən yaxşı dil məktəblərindən birində təhsil alır və bu 2 il onun iş həyatında uğur qazanması üçün kifayət edir. Geri qayıtdıqda o artıq ingiliscə çox yaxşı danışırdı.

İllər sonra açdığı saat dükanını böyütmək qərarına gəlir və xarici markalarla danışığa başlayır. Bir çox məşhur marka görüşə razı olmur. Ancaq buna baxmayaraq yüzlərlə marka ilə danışıqlar aparır və hamısını tək-tək razı etməyə başlayır. 36 markanın tək distributoru olur.

Hələ 25 yaşında olan zaman qurduğu Saat & Saat markası hazırda 70-dən çox mağazaya malikdir.