“LG Electronics” tədqiqat və araşdırmalara 3,8 milyard dollar xərcləyib

0
643
LG
LG

“LG Electronics” şirkəti ötən il tədqiqat və araşdırmalara 3,8 milyard dollar vəsait xərclədiyini bildirib.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, bu, Cənubi Koreya istehsalçısı üçün mütləq rekorddur.

Daha əvvəlki illə müqayisədə şirkətin xərcləri 142 milyon dollar artıb. Xərclərin artması yeni istiqamətlərlə izah edilir: Bura süni intellekt, robototexnika, avtomobil sənayesi üçün elektron komplektasiyaları daxildir. Məhz bu istiqamətlər şirkəti yaxın gələcəkdə irəli aparmalıdır.

LG şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi əlavə edib ki, şirkət tədqiqat və araşdırmalara investisiyaları artırmağı planlaşdırır. Xüsusilə də premium məhsullarına xərclər artırılacaq.