Kriptovalyutadan sərvət qazanan milyarderin acınacaqlı sonu

0
1019

Sərvətini kriptovalyutadan qazanan 54 yaşındakı ABŞ-lı milyarder Matthew Mellon, narkoloji klinikada həyatını itirib.

Sərvətini kriptovalyudan qazanan ABŞ-lı milyarder Matthew Mellon 54 yaşında həyatını itirib. Mellon narkotik asılılığıyla mübarizə aparmış və Meksikanın Cancun şəhərindəki bir klinikada müalicə görməyə başlamışdı.

2 MİLYON DOLLAR SƏRMAYƏ İLƏ 1 MİLYARD DOLLARLIQ SƏRVƏT QAZANDI

Kriptovalyuta vahidi Ripple-a ilk investisiya edənlərdən biri olan və bu sayədə 2 milyon dollarlıq sərmayədən 1 milyard dollar sərvət əldə edən Mellon, ABŞ-dakı iki köklü bank ailəsinin oğlu idi.

Daha əvvəl New York Respublika Partiyası Maliyyə Komitəsi rəhbəri vəzifəsini icra edən Mellon-un üç uşağı var.

2016-ci ildə Mellon-un OxyContin adlı bir dərmana asılı olduğu və ayda 100 min dollar xərclədiyi haqqında xəbərlər çıxmışdı. Bu haqda New York Post-a danışan Mellon, “Bu dərman qanuni eroin kimidir və tədbir alınmalıdır” demişdi.

TRUMP VƏ MUSK-LA EYNİ MƏKTƏBDƏN MƏZUN OLUB

Mellon ABŞ prezidenti Donald Trump və Tesla-nın CEO-su Elon Musk-ın da məzunları arasında olduğu Wharton School-dan məzun olmuşdu.