Əsas səhifə Biznes “Kredit Zəmanət Fondu sahibkarların investisiya xərclərini azaldacaq”

“Kredit Zəmanət Fondu sahibkarların investisiya xərclərini azaldacaq”

121
PAYLAŞ
Azərbaycanda “Kredit Zəmanət Fondu” ASC-nin yaradılması ilə təminatsız sahibkarlar kredit ala biləcək, üstəlik ödəməli olduqları faizlərin bir hissəsindən azad olacaqlar. 

Bunu “Report”a açıqlamasında maliyyə analitiki, “PSG Kapital” investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli deyib.

Onun sözlərinə görə, bu da iş adamlarının investisiya xərclərinin azaldacaq.

“Fondun zəmanət verəcəyi kreditlərin parametrələri dəqiq müəyyən olunmalıdır. Yəgin ki, bütün kreditlərə zamin durmaq çətin olacaq. Əgər “Kredit Zəmanət Fondu” ölkədəki digər fondlar kimi gec qərar vermək mexanizmi ilə işləsə, bu, ümumi işə ziyan vura bilər. Amma istənilən halda bu təcrübə qlobal səviyyədə özünü doğruldub, məsələn, Türkiyədə müsbət nəticə verib. Belə fondun təminatı ilə maliyyələşdirmə qonşu ölkədə illik iqtisadi artımı 5%-ə çatdırıb”, – deyə C.İbrahimli qeyd edib.

Bununla belə, ekspertin fikrincə, fondun zəmanət verdiyi kreditlərə ciddi nəzarət olunmalıdır: “Buradakı kreditə dövlət zəmanəti verildiyi üçün lazımsız və riskli layihələrin maliyyələşdirilməsinə imkan verilməməlidir. Əks təqdirdə, bu zəmanət mexanizmi gələcəkdə dövlət büdcəsi və maliyyə sistemi üzərində əlavə yük formalaşdıra bilər”.