Əsas səhifə Biznes Kosmosdan gələn daşdan 30 min dollarlıq təsbeh düzəltdilər

Kosmosdan gələn daşdan 30 min dollarlıq təsbeh düzəltdilər

414
PAYLAŞ

Türkiyenin Bingöl şəhərində yerə düşən səma cismləri bir təsbeh ustası tərəfindən biznesə çevrilib. Səma cismləri təsbeh istehsalçısı İsmayıl Ergün tərəfindən işlənib təsbeh halına gətirilib və 30 min dollardan satışa təqdim edilib.

Ötən il də Bingölə səms cismləri düşmüşdü. Günlərlə haqqında danışılan səma cisminə görə Bingölün Sarıçiçek kəndində hərkəs boş ərazilərdə o daşları axtarmışdı.

Çox bahalı olduğu deyilən səma cismləri uzun müddət gündəmdə qalmışdı. Bingöldən sonra Bursada da səma cismləri tapılmışdı. Bir türk vətəndaşı Eskişehir və Bursa arasından bir ərazidə tapdığı 10 kq-lıq səma cisminin qramını 80 dollardan satışa çıxarmışdı.

3 ədəd istehsal edilən təsbehin ikisi artıq çoxdan satılıb. Qalan tək təsbeh isə təsbeh satışının edildiyi yerdə sərgilənir.

PAYLAŞ