Əsas səhifə Biznes ideyası Komputer biznesi – komputer satışı ilə pul qazanmaq

Komputer biznesi – komputer satışı ilə pul qazanmaq

319
PAYLAŞ

Mən sizə qura biləcəyim biznesdən deyil, indi qurduğum və islediyim biznesden danismaq isteyirem. Mən noutbuk və masa üstü kompüterlərin detallarını Dubaydan gətirib topdan satışı ilə məşğulam.

komputer

Həm də özüm kompüter mühəndisiyəm və malı gətirəndə bilirəm ki, hansı brendləri seçmək olar. Deməli, dolların kursu 0.7850 manat olan vaxt mən noutbukları daha çox gətirib sata bilirdim. Amma bu gün məhsulların qiyməti 3 dəfəyə yaxın qalxdığından əhali onu ala bilmir. İndi vətəndaşların alıcı qüvvəsi çox aşağıdır.

Bazarda qalmaq üçün mən kompüter detallarını gətirməyə üstünlük verdim.  Çünki artıq əhali xarab olan noutbukun yerinə təzəsini ala bilmir. Ona görə də həmin avadanlığı təmir etdirməyə üstünlük verirlər. Bu da kompüter servisi biznesini gücləndirir. Mən bu işi Sumqayit şəhərində həyata keçirirəm və demək olar ki, bütün ustalar kompüter detallarını məndən alırlar. Lakin bu işi daha da böyütmək olar.

Ən əsası, gərək gördüyün işi sevəsən, ancaq  pul qazanmaq xətrinə işləməyəsən. Seçdiyin məhsula özünə alırmış  kimi yanaşasan, ən yaxşısını seçib alasan. Çünki satış zamanı təzə detala zəmanət verilir.  Həm də bu prinsipi əsas götürərək işləmək lazımdır:  narazı müştəri özünə komanda yığır, razı müştəri isə hər  zaman müştəri bazası olaraq qalir.

Mənim gənclərə məsləhətim odur ki,  vaxtlarını səmərəli keçirərək öz bisneslərini qurmağa sərf etsinlər. Mən 5-6 il ərzində Sumqayıt ərazisində kompüter detalları satan bir çox iş adamlarına rast gəldim. Ancaq onların heç biri bu gün bazarda qala bilmədi. Buna görə gənclərə məsləhətim odur ki, işinizi sevin. Belə olmasa, tez yorulacaqsız və həyatınız da maraqsız keçəcək.

1000 dollarla hansı biznesi qurmaq olar?

Müəllif: Rəşad Həsənov

komputer magazalari, masaustu komputer qiymeti, komputer satilir, noutbuklarin qiymeti, kompyuter satisi saytlari, islenmis noutbuklarin satisi, komputer dukkanlari, komputer hisseleri