PAYLAŞ

Uşaqlıqda  hamının bir arzusu olur.  Kosmosa uçmaq və ya kosmonavt olmaq. İlk dəfədən gülməli səslənsədə, əksəriyyətimiz  uşaqlıq dövründə bu xəyalla yaşamışıq. Təbii ki, həmin dövrdə olan biri üçün bu arzu və istək bizə ciddi gəlmiyə bilər. Çünki ağıllı insan fikirləşər ki, kosmosa uçacağıma biznes açıb pul qazanaram. Nəyimə lazımdır kosmos? . Dəli insan isə pulunu kosmosa yatırıb, ondan gəlir güdməyə çalışar.

Yeri gəlmişkən yuxarıdakı fikirləri elə-belə səsləndirmədim. Əslində yuxarıdakı sözlər indi deyəcəklərimin başlanğıcıdır. Bu gün Elon Musk haqqında yazmaq istəyirəm.

Elon Musk onun haqqında yazılmış yeganə bioqrafiyanın sahibi ilə müsahibəsində ona belə bir sual verir. Sizcə mən dəliyəmmi?

Gəlin, belə bir təsəvvür yaradaq.  Zəhmət çəkib bir şirkət qurursunuz.  Gecə-gündüz çalışaraq, qurduğunuz şirkəti daha da böyüdürsünüz. Yeni tərəfdaşlar əldə edirsiniz, investorlar tapırsınız. Dünya üzərindəki 200 ölkədə keçərli olan bir ödəniş sistemi yaradırsınız. Adın da PayPal qoyursunuz.  Ən sonda isə bütün əməyinizlə böyütdüyünüz bu şirkəti  1.5 miyard dollara satırsınız. Bu satış nəticəsində,  cibinizə təqribən 165 milyon dollara yaxın nəğd pul girir. Türklər demişkən, kor istədi bir göz, Allah verdi iki göz.   Yəni qazandığınız bu pul sayəsində ömrünüzün axırına qədər işləmədən dişləyə bilərsiniz.

Bəs Elon Musk nə edir?   Böyük bir sahə götürüb orda yeni bir biznes açır deyə düşünürsünüzə  siz dəli deyilsiniz, əksinə çox ağıllısınız. Dəli olan biri  bunun əvəzinə raket fabriki açar.  Bəli Elon Musk satışdan əldə etdiyi bütün gəliri, hətta yastığının altında gizlətdiyi bir-iki milyonu üç ayrı sektor üzrə fəaliyyət göstərən şirkətə yatırım edir.

Yuxarıdakı  diaqrama baxsaq, üç sektor da bir-biri ilə müqayisədə riskli sektorlardır. Amma hər üç sektor bir vizyona xidmət edir.   Bu barədə sonda deyəcəm.

Ümumiyyətlə Silikon Vadisindəki  biznesmenlərin çoxu burada qazandığı pul vəsaitini internet və  texnologiyaya yatıraraq yenidən gəlir əldə etməyə çalışır. Məsələn Stiv Cobsun özü  texnologiya sektorundan başqa yalnız əyləncə sektorunda uğurlu ola bilib.  Misal olaraq ,  2008-ci ildə Stiv Cobs rəhbəri olduğu  Apple şirkətində İphone’un yeni modeli 3G-ni  dövriyyəyə buraxarkən, bir tərəfdən də yaratdığı Pixar animasiya şirkəti vasitəsi ilə VALL-İ  filminin təqdimatın edərək əyləncə sektorunda öz yerini tuta bilmişdi.

Elon Muskın diqqətini verdiyi yer isə kosmosdur. Adam risk almır, ultrarisk alır.   Dəli deməyib, nə deyə bilərsən bu adama? Çünki kosmosda şirkətlərlə rəqabət etməyəcəksən, dövlətlərlə edəcəksən.  Yəni bu sahədə ABŞ, Çin  və Rusiya kimi dünya dövlətləri mübarizə aparır.

Yaxşı, bəs kosmos şirkəti qurmaq üçün ilk öncə hansı addımı atarsınız?  Sadəcə 100 milyon dollarla  işə başlayıb 19 milyard dollarlıq  büdcəsi olan NASA ilə  rəqabət etmək  haqqındamı düşünəcəksiniz?

Elon Musk ilk öncə kosmos və raketlərlə  əlaqəli tapdığı bütün kitabları oxuyur ki, işə götürdüyü mühəndislərlə bütün detallar barədə danışa bilsin. Hətta əfsanəvi  NASA əməkdaşı Cim Kantrella özü birbaşa zəng edib. Cim Kantrell bu haqda deyir “Ləhcəsi gülməli olan bir insan özünün milyarder olduğunu və kosmosla bağlı bir layihə başlatdığını deyirdi, buna görə də mənlə görüşməlidir. Əslində dediklərinə o qədər də güvənməmişdim. Hətta adını deyəndə Yan Musk  kimi eşitmişdim”

Bəs ağıllarda belə bir sual var, Elon Musk tam rahat olacağı bir vəziyyətdə özünü niyə belə çətinə salmışdır. Bütün bu dəliliklərin arxasında nə dayanır?  Yuxarıda qeyd etdiyim kimi Muskın tək bir vizyonu var, Marsa gedib orada yeni bir dünya qurmaq. Spacex şirkətində Elon Muskın ofisinə gedən yolda iki poster asılıb, biri Marsın bu günki vəziyyətidir, biri  isə okeanlarla əhatələnmiş  yaşıllıqlar içərisində  olan, yəni gələcək təsviridir.  Yəni Muskın məqsədi Marsı bu vəziyyətə gətirməkdir. Bu məqsədini “ insanların parlaq bir gələcəyə sahib olmasını düşünərək ölməsini istərdim” fikri ilə ifadə edir.

Uşaqlıqda qurduğu “blaster” adlı oyunu 500 dollara sataraq ilk gəlirini əldə etmiş, Afrikada dünyaya gəlib 17 yaşına orada yaşamış bu şəxsin bu günə gəlməsinə səbəb – oxuduğu kitablar idi.  Müsahibələrindən birində qeyd edir ki, gündə 10 saata qədər kitab oxumaq onun üçün adi bir məsələdir. Yəni təqribən gündə iki kitabı  bitirirmiş.  Hətta əlavə olaraq qeyd edir ki, “üç və ya dördüncü sinifdə məktəb kitabxanası və ona qonşu olan digər kitabxanalardakı bütün kitabları bitirmişdim.   Kitabxanaçıya mənim üçün əlavə kitab gətirməsini xaiş etmişdim və beləliklə  britaniya ensiklopediyasını oxumağa başlamışdım. Bu olduqca faydalı idi, çünki nəyi bilmədiyiniz haqqında heç nə bilmirsiniz” Elon Muskı dünyaya tanıdan onun bu ifadəsidir. Dəli olub-olmadığı mənə maraqlı deyil, sadəcə düşünürəm ki gələcəyimiz yaxşı əllərdədir.

©Banco.az

PAYLAŞ