Əsas səhifə Texnologiya Kickstarterdə ən çox sərmayə toplayan 10 layihə

Kickstarterdə ən çox sərmayə toplayan 10 layihə

989
PAYLAŞ

Kickstarter nədir?

Kickstarter rəqs, moda, dizayn, film və video, oyun, musiqi, fotoqrafiya, texnologiya kimi fərqli sahələrdə layihələrə dəstək vermək üçün yaradılan bir platformadır. Kickstarterdə hələlik ABŞ, Avstriya, Avstraliya, Belçika, Kanada, İsveçrə, Almaniya, Danimarka, İspaniya, Fransa, İngiltərə, Hong Kong, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Yeni Zelandiya, İsveç və Sinqapur vətəndaşları layihə yerləşdirə bilirlər və bunun müəyyən şərtləri var. Kickstarterdə layihələrə indiyə kimi 12 milyon insan tərəfindən 2.6 milyard dollar sərmayə toplanıb. Ən çox sərmayə toplayan layihələr isə aşağıdakılardır:

10. Micro

Siyahıda 10-cu yerdə iştirak edən məhsul evdə istifadə etmək üçün nəzərdə tutulan 3D printerdir.
Kickstarterdə bu layihənin hədəf məbləği 50 min dollar idi. Lakin layihə elə sevildi ki 3.4 milyon dollar sərmayə topladı.

9. Reaper Miniatür Sümüklər

Müxtəlif oyunlar oynamaq üçün istifadə olunur, ancaq bu layihə uşaq oyuncağından çox yetkinlər üçün idi. Layihə kickstarterdə 3.429.235 dollar sərmayə toplamağı bacardı.

8. Mighty No.9

Bu oyun 2D qrafik dövrünə geri dönür. İnsanlar onun nostalji təsirini gördü və 3.8 milyon dollardan çox dəstək verdilər.

7. Eternity

Qrup şəklində oynamaq üçün yaradılan bu oyun kicksarterdə 3.986.929 dollar məbləğ topladı və çox məşhur oldu.

6. Torment: Numenera Tides

Torment: Numenera Tides oyunu da digər oyun kimi kickstarterdə insanların çox xoşuna gəldi və 4.188.927 dollar məbləğdə dəstək aldı.

5. Reading göyqurşağı

Reading Rainbow uşaqlar üçün illərlə TV serialı oldu və Kickstarter layihəsi onun yeni seriyalarını çəkmək üçün dəstək oldu. 1 milyon dollar hədəfli layihə 5.4 milyon dollar məbləğ əldə etdi.

4. Veronica Mars

Veronica Mars da televiziya serialıdır və 5.7 milyon dollardan çox sərmayə yığdı. Serial uğurunu kickstarterə borcludur.

3. Pono

Pono sevdiyiniz faylları rəqəmsal mühitdə saxlamaq üçün 12 Gb yaddaşı olan bir cihazdır. Pono bu layihəni reallaşdırmaq üçün 6.2 milyon dollardan daha çox sərmayə topladı.

2. Ouya

Ouya Androiddə işləyən innovativ bir video oyun platformasıdır. Kickstarter vasitəsilə toplanan 8.5 milyon dollar bu cihazın hazırlanması və istehsalı üçün olduqca vacib bir dəstək oldu.

1. Pebble

Pebble ağıllı saatı 10.266.845 dollar sərmayə yığdı. Hazırda eBay üzərindən satışa çıxarılan saat, Android və ya iOS cihazlarından bildiriş ala bilir. Bu saatla mesajlarınızı da oxuya bilərsiniz. Kickstarter tarixinin ən çox sərmayə alan layihəsi olaraq bilinən saat uğurlu olduğunu sübut etdi. Qısa müddətdə bir çox şirkət bu saatı inkişaf etdirərək ən çox satılan məhsullardan biri etdi.

Kickstarderdə uğur qazanan Azərbaycanlı