Əsas səhifə Biznes İş qadını “Kiçik biznesimi yeni bir inkişaf səviyyəsinə yüksəldəcəyimi düşünürəm”

“Kiçik biznesimi yeni bir inkişaf səviyyəsinə yüksəldəcəyimi düşünürəm”

580
Paylaş
fidan sadıxlı

“ABAD” tərəfindən dəstəklənən gənc sənətkarlardan biri də Bakı şəhər sakini Fidan Sadıxlıdır. O, uşaqlar üçün nəzərdə tutulmuş müxtəlif oyuncaqlar hazırlayır.

İxtisasını fərqli istiqamət üzrə alsa da, Fidan xanım daim dekorativ-tətbiqi xalq sənətkarlığına həvəs göstərib.

Bu sahədə peşə bacarıqlarını zənginləşdirməyi qarşısına məqsəd qoyan gənc sənətkarın əl işləri bir çox sərgi və yarmarkalarda nümayiş olunub.

Daim bilik və bacarıqlarını artıran Fidan xanımın sözlərinə görə, o, “ABAD”a məhsullarının satış bazarını genişləndirmək üçün müraciət edib.

“ABAD”ın dəstəyi sahəsində turistlərin maraq dairəsində olacaq müxtəlif əl işləri hazırlamaq istəyirəm. Satışın təşkili və dizaynla bağlı “ABAD”dan aldığım dəstək sayəsində öz kiçik ailə biznesimi yeni bir inkişaf səviyyəsinə yüksəldəcəyimi düşünürəm”, – deyə, o, bildirir.

Bu gün Fidan Sadıxlının əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Paylaş