Əsas səhifə Startup Keepface-in aldığı investisiyanın dəyəri məlum oldu: 300.000 dollar!

Keepface-in aldığı investisiyanın dəyəri məlum oldu: 300.000 dollar!

505

Azərbaycanın startapı “Keepface” Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) investisiya alıb.

Şirkətin yaradıcısı və İcraçı direktoru Vaqif Abbasov “Marja”ya bildirdi ki, BƏƏ-də təsis edilmiş özəl fond “Keepface”ə 300 min ABŞ dolları məbləğndə investisiya yatıracaq.

İnvestisiyadan öncəki qiymətləndirməyə görə startapın dəyəri 2 milyon ABŞ dollarıdır.

“24 yanvar 2018-ci ildə “Keepface”, MENA bölgəsində fəaliyyət göstərən özəl investisiya fondundan ilk toxum investisiya müqaviləsini imzalayıb. Ayrılmış maliyyə “Keepface” platformasını inkişaf etdirmək və xidmət sahəsini genişləndirmək üçün istifadə olunacaqdır, – Vaqif Abbasov deyib.

“Keepface” mərkəzi ofizi Dubayda yerləşən, Türkiyə, İran, Mərkəzi Asiya və Qafqaz ölkələrində fəaliyyət göstərən Azərbaycan startapıdır. www.keepface.com

“Keepface” ​dünyada trend marketinq strategiyası sayılan “Influencer Marketing”i avtomatlaşdıran platformadır. Bu platformada influencerlər və brendlər bir-birini taparaq sosial media kampaniyalarını həyata keçirirlər.

Paylaş