Keçmişdə xaker kimi özünü sınamış 8 milyarder

Date:

Paylaş:

“Whatsapp” messencerini 19 milyard dollar müqabilində “Facebook”a satan Yan Kum “Forbes” jurnalında dərc olunan dünyanın ən varlı insanları siyahısında yer alıb. 1990-cı illərin sonunda o, öz yataq otağından xüsusi qurğunun köməyi ilə kompyuterdə mühafizə olunmayan korporativ şəbəkələr axtaran adi yeniyetmə haker idi. Digər müasir İT-milyarderlər kimi şəbəkələrin “sındırılması” Kum üçün də biznes deyildi. Sonralar “Forbes” jurnalına verdiyi açıqlamasında Yan Kum bu işlə yalnız maraq səbəbindən məşğul olduğunu bildirmişdi. Həmçinin heç bir pis niyyətinin olmadığını və şəbəkələri “sındıran” zaman vacib məlumatları silmədiyini vurğulamışdı.

Onun sözlərinə görə, bir dəfə o, kompyuter dizaynı ilə məşğul olan nəhəng “Silicon Graphics” şirkətinin şəbəkəsinə daxil olmağa müvəffəq olmuşdu: “Hansısa məqamda mən bu serverə qoşuldum. Sadəcə bu qədər. Başqa bir şey deyə bilmərəm”. “w00w00” haker quplaşmasının üzvü olduğu zamanlarda Kum yaranan nasazlıqlar üzrə sistemin tədqiqinə imkan verən “Nmap” proqramının hazırlanmasına təşəbbüs göstərmişdi. Hal-hazırda bu vasitədən yalnızca hakerlər deyil, eyni zamanda kompyuter təhlükəsizliyi üzrə mütəxəssislər də istifadə edir. Əslində Kum keçmişdə bu işlə məşğul olmuş tək milyarder deyil. Forbes jurnalında adları qeyd edilmiş milyarderlərin bir çoxu əyləncə məqsədilə hakerlik etmişlər. “Microsoft”, “Apple”, “Facebook”, “Twitter”, “Dropbox” kimi dünyaca məşhur şirkətlərin yaradıcıları keçmişdə özlərini haker qismində sınamış şəxslərdir. Daha sonra sözügedən insanlar bu əyləncəli məşğuliyyətdən uzaqlaşaraq, onlara milyardlarla dollar gəlir gətirəcək xidmət və qurğular yaratmağa başlamışlar.

Bill Qeyts

Bill gates haqqında

Sərvəti: 86 milyard dollar – Bill Gates kimdir?

Bill Qeyts hələ dünyanın ən varlı insanı olmadığı zamanlarda bütün səylərini 1960-cı illərin sonlarına aid olan bahalı kompyuterlərin axtarışına sərf edirdi. “Microsoft” şirkətinin həmtəsisçisi Pol Allen öz xatirələrində qeyd edir ki, Qeyts “Computer Center Corporation” şirkətinin (Allen və Qeyts bu şirkəti öz aralarında “C-Cubes” adlandırırdılar) rəhbərinin şifrəsini ələ keçirmiş və nəticədə istifadəçilərin hesabları barədə məlumatın olduğu şifrlənmiş faylı əldə edə bilmişdi. Məktəblilər bu fayldan kompyuter arxasında pulsuz vaxt keçirmək məqsədilə istifadə etmək istəsələr də, rəhbərlik bu məsələdən xəbər tutduqdan sonra onları şirkətdən uzaqlaşdırmışdı.

Mark Zukerberq

markzuckerberq

Sərvəti: 56 milyard dollar – Mark Zuckerberg kimdir

Hal-hazırda dünyanın ən iri sosial şəbəkəsi olan “Facebook”un qurucusu Mark Zukerberq öz komandasının işləmə metodlarından söhbət açan zaman “The Hacker Way (Haker üsulu)” terminindən istifadə edir. Həmin metoda görə sürətlə irəli doğru addımlamaq və səhvləri düzəltmək, prototip yaratmaq və bu barədə daha az mübahisələr aparmaq lazımdır. Lakin tələbəlik illərində Markın təsəvvüründə “haker üsulu” anlayışı daha zərərsiz xarakter daşıyırdı. “Business Insider” qəzetində qeyd olunurdu ki, 2004-cü ildə Harvard Universitetinin tələbəsi olarkən o, Thafacebook.Com şəbəkəsinin məlumatlarından istifadə etməklə, yerli Crimson qəzetinin iki müxbirinin elektron poçtunu “sındırmışdı”.

Pol Allen

milyarder

Sərvəti: 15.9 milyard dollar – Ali təhsili olmayan milyarderlər

Milyarder verdiyi məlumatlarda qeyd edir ki, bir dəfə o, Bill Qeytslə birlikdə TOPS-10 proqram kodunun “raspeçatka”sını tapdı. Qeyd edək ki, TOPS-10 1960-cı illərin sonunda yaradılmış əməliyyat sistemidir. Bu sənədlər vasitəsilə Bill Qeyts əməliyyat sistemlərinin iş prinsipi haqqında ilkin təsəvvürlərə sahib oldu.

Yan Kum

Sərvəti: 7.9 milyard dollar – Yan Kum kimdir?

Əslən Ukraynadan olan Yan Kum hal-hazırda “WhatsApp” messencerinin həmtəsisçisi olaraq tanınır. O, öz karyerasına əfsanəvi “w00w00” haker qruplaşmasının üzvü qismində başlamışdır. Qeyd edək ki, sözügedən qruplaşmaya “Napster” xidmətinin yaradıcıları hesab olunan Şon Fenninq və Şon Parker də daxil idilər. Yan Kum korporativ şəbəkələrə çıxışın əldə olunmasına çalışırdı. Sonralar “Forbes” jurnalına verdiyi müsahibəsində qeyd etdiyi kimi bir dəfə o, məşhur “Silicon Graphics” şirkətinin şəbəkə serverlərinə daxil olmağı bacardı. Milyarder əldə etdiyi məlumatlardan hansı formada istifadə etdiyinə dair açıqlama verməmiş və bu məsələni gizli saxlamışdır. “w00w00” qruplaşmasının yalnız “ağ” hakerlərdən ibarət olduğu və bu hakerlərin qazanc məqsədilə deyil, sırf maraq səbəbindən bu işlə məşğul olduğu güman edilir.

Şon Parker

Sərvəti: 6.3 milyard dollar – Şon Parker kimdir?

Şon Parker “w00w00” haker qruplaşmasının üzvü kimi tanınırdı. Lakin bu birliyin keçmiş üzvləri bildirirdilər ki, Silisium vadisinin gələcək ulduzu “w00w00” qruplaşmasının fəaliyyəti ilə ciddi şəkildə maraqlanmırdı. “Vanity Fair” jurnalında qeyd olunurdu ki, 16 yaşında olarkən Parker şəbəkəni “sındırmaq” cəhdinə görə həbs olunmuşdu. Məlum olmuşdur ki, bir dəfə atası Parkerin şirkətlərdən birinin şəbəkəsinə daxil olduğunu öyrəndikdən sonra klaviaturadan istifadəni ona qadağan etmişdi. Buna görə də Şon öz əməlinin izlərini silməyə imkan tapmamışdı.

Cek Dorsi

Sərvəti: 2.2 milyard dollar – Cek Dorsi kimdir?

Hələ kollecdə təhsil alarkən Cek Dorsi kartoqrafiya ilə maraqlanır və gələcəkdə arzu etdiyi şirkətdə bu sahə ilə bağlı bir işdə çalışmağı planlaşdırırdı. İşə düzəlmək istədiyi “Dispatch Management Services” şirkətinin saytında əlaqə məlumatı olmadığını görən Cek şirkətin saytını “sındırmış” və saytda yaranan nasazlıq barədə şirkət əməkdaşlarına məlumat vermişdi. Bu hadisədən sonra şirkət tərəfindən ona iş yeri təklif olunmuşdu.

Dryu Hyuston

Sərvəti: 1.2 milyard dollar

“Dropbox” adlı bulud xidmətinin yaradıcısı olan bu şəxs biznesə onlayn oyunların beta versiyasında təhlükəsizlik məsələləri ilə bağlı səhvlərin axtarışı ilə başlamışdı. Nəticədə şirkət onu işə qəbul etmişdi. Dryu Hyuston burada “Dropbox” xidmətinin yaradıldığı müddətə qədər çalışmışdı.

Stiv Cobs

“Apple” şirkətinin yaradıcısı hesab olunan və ölümündən sonra bütün sərvəti ailə üzvlərinə qismət olan Stiv Cobs biznesə öz tərəfdaşı Stiv Voznyakla birlikdə “Blue Boxes” adlı qurğuları satmaqla başlamışdı. Qeyd edək ki, sözügedən qurğu telefonları sıradan çıxarmaq və ya pulsuz zəngləri təşkil etmək xüsusiyyətinə malik idi. Sonralar Stiv Cobs bioqrafı Uolter Ayzeksona danışır ki, əgər bu qurğu olmasaydı, hal-hazırda dünyada “Apple” adlı bir şirkət mövcud deyildi.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...