Əsas səhifə Texnologiya Keçmişdə səhv qərarlar vermiş texnoloji şirkətlər

Keçmişdə səhv qərarlar vermiş texnoloji şirkətlər

961
PAYLAŞ

Kodak


Kodak bundan 42 il əvvəl lentə ehtiyac duymayan bir cihaz yaratmaq fikrini irəli sürən mühəndisə qulaq asmamışdı. O zamanlar bu fikir axmaqlıq kimi dəyərləndirilmişdi. Alınan bu qərar Kodakın müasir texnologiyalarla rəqabət apara bilmədiyi üçün 2012-ci ildə müflis olmasına ən böyük səbəb kimi göstərilir.

Google – Yahoo

Yahoo Google-un bazara çıxdığı dövrdə ən məşhur axtarış motoruydu və bu şirkəti rahatlıqla satın ala biləcək gücdə idi. Hazırda Google-un dəyəri 500 milyard dollara yaxındır. Yahoo isə hər 3 xəbərdən ikisində ‘məlumatlarının oğurlanması’ hadisələriylə xatırlanır.

Western Union

Telefonun ixtiraçısı kimi tanınan Alexander Graham Bell, 1876-ci ildə patentlərini Western Uniona təklif etsə də şirkət bu təklifi rədd etmişdi. Görəsən şirkət ən böyük ünsiyyət vasitələrindən olan telefonun patentinə sahib olsaydı hazırda nə qədərlik bir sərvətə sahib olardı?

Blockbuster


Hazırda online olaraq DVD film satışları reallaşdıran Blockbuster, zamanında Netflix’i 50 milyon dollara satın ala bilərdi. Ancaq bu gün bu rəqəmin yanına 3 ədəd 0 qoysalar yenə də ala bilməzlər.

RealNetworks


Bu şirkət Western Union qədər olmasa da sonrakı illərdə peşmanlıq çəkəcək səhv bir qərar verib.

Hadisə bu cür baş verir: Tony Fadell adlı bir adam şirkətə iPod fikrini təqdim edir. Ancaq RealNetworks iPodun mənasız bir ideya olduğunu bildirir və boş ideyalara görə həmin adamın bir daha onları narahat etməməsini söyləyir. Daha sonra Apple iFadell’ın layihəsini alır və yaratdığı iPod sayəsində özünə milyardlarla dollar əlavə gəlir təmin edir.

PAYLAŞ