Əsas səhifə Texnologiya Kassası və satıcısı olmayan ilk “ağıllı” mağaza açılacaq

Kassası və satıcısı olmayan ilk “ağıllı” mağaza açılacaq

125

Dünyada kassası və satıcısı olmayan ilk “ağıllı” mağaza yanvarın 22-də ABŞ-da açılacaq.

lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, istənilən arzu edən şəxs mağazanın girişində smartfonunu turniketə söykəyərək oradan alış-veriş edə bilər.

Alıcıdan tələb olunan yeganə şey isə xüsusi mobil əlavəni işə salıb smartfonun ekranında görünən QR-kodu skan etməkdir. Bundan sonra o, istənilən məhsulu götürərək evinə gedə bilər. Əldə olunan məhsulun pulu isə avtomatik olaraq “Amazon” akksuntuna qoşulmuş kartdan çıxılacaq.

Bununla belə, mağazanı ziyarət edənləri kameralar sistemi və sensorlar izləyəcək. Bu kameralar nəinki alıcının rəfdən götürdüyü məhsulu qeydə alacaq, həmçinin onun qaytarıb geri qoyduğu məhsula da nəzarət edəcək.

Paylaş