Əsas səhifə Müsahibə Kanadadan investisya təklifi alan gənc iş xanımı

Kanadadan investisya təklifi alan gənc iş xanımı

4006

Kanadadan daimi 2-ci yaşayış yeri və investisya təklifi alan gənc iş xanımı ilə müsahibə:
Jalə Kərimova Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsidir. Gənc sahibkar xanımın dediklərinə görə böyük hədəfləri var və bunun üçün yorulmadan, istirahətsiz çalışır. Yeni təsis etdiyi BigDrop Təmizlik şirkətini məhdud resurslarla yaradaraq hazırda gəlirli hala salmağı bacaran məharətli xanım yerli və xarici investorların diqqətini çəkməyi bacarıb.

Yaxın zamanlarda Kanada dövləti tərəfindən biznes imiqrasiya və eyni zamanda Kanada bankı tərəfindən investisiya təklifi alan gənc xanım qısa zamanda qazandığı uğurunu və sevincini bizimlə bölüşüb.

– Jalə xanım sizinlə necə əlaqə yaratdıqları barədə məlumat verə bilərsiniz mi?

-Əlbəttə, mənimlə birinci LinkedIn sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlanıldı və BigDrop-un onlara maraqlı olduğunu qeyd etdilər. Açığı mesajı gördüyüm zaman tərəddüdlə yanaşdım, inanmadım və 1 həftə təklifi tam araşdırdım, ciddiliyini anladım və geri dönüş etdim. Skype vasitəsi ilə bir neçə görüşlərimiz oldu. Açığı görüşlər yaxşı keçsə də bəzi nüanslar məni çox məyus etdi, qarşı tərəf bir neçə  yerli iş adamları ilə həmsöhbət olduğunu və ölkəmizdə biznes mühitinin yaxşı olmadığını qeyd etdi və mən ölkəmin vətəndaşlarının başqa dövlət nümayəndəsinə öz ölkəsi haqda antireklam etmələrinə məyus oldum və dərhal həmin münasibəti təkzib edib hər şeyin yaxşı olduğunu və bütün dövlətlərdə mövcud ola biləcək ekonomik problemlərin olduğunu qeyd etdim.

 

– Skype zənginin nəticəsi necə oldu? Bizim üçün çox maraqlıdır ki, gənc xanım bu yaşda Kanadaya öz biznesi üçün gedəcəkmi?

– Biz bir neçə dəfə skype vasitəsi ilə qarşı tərəflə əlaqə saxladıq və xeyli müddət e-poçt üzərindən danışıqlar apardıq. İlkin olaraq onların şərtləri var idi ki, mənim güvənilir bir iş xanımı kimi kiçik şirkətimdən əlavə 1,600,000 Kanada Dolları fərdi və ya ailə aktivim və minimum 2 il idarəçilik, quruculuq təcrübəm olmalı idi. Təcrübəmin gözləntidən artıq olması məni bu məsələ barədə müəyyən müddət düşündürdü və qərara aldım ki, mən ailəmin aktivini heç vaxt işimi qurmaq üçün istifadə etməyəcəm, buna görə də təkliflərini qəbul etmədim. Səbəb olaraq da bildirdimki hazırda şəxsi aktivim onların şərtlərini qarşılamır və mən ailəmin aktivinə toxunmağı düşünmürəm. İşim barəsində indiyə kimi hər şeyi özüm etmişəm və bundan sonra da öz hesabıma əldə etmək üçün enerji sərf edəcəyəm.

Bu danışıq tərzim və özümə əminliyim onlarda mənə qarşı daha çox maraq oyatdı və qısa zamanda mənə investisya məbləğini 10 qat azaldaraq 180,000 Kanada dollarına sahib olmağımı sübut edəcək bir sənəd istədilər. Mən isə israrla 20 yaşlı və yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir gənc xanımın şəxsi büdcəsinin normal şərtlər altında o qədər ola bilməyəcəyini bildirdim və bu təkliflərini də qəbul etmədim. Növbəti danışıqlar zamanı əzmim və qısa zamanda BigDrop komandasının qazandığı uğurları nəticəsində Kanada Alternative Capital Group bizə Kanadada öz biznesimizi inkişaf etdirə bilməmiz üçün investor bank kimi dəstək olmaqda maraqlı olduqlarını və daimi yaşayış yeri ilə təmin edəcəklərini təklif etdilər. Bu təklif mənim üçün çox maraqlı oldu. Mən onları Bakıya dəvət etdim və Sentyabr ayında artıq Bakıda qonağım olacaqlar.

BİGDROP Təmizlik xidmətlərini təklif edən bir şirkətdir və 2 ay ərzində 217 sakinə,3 iyaşə məkanına xidmət göstərir. Komandamızın bu uğuru bizi çox sevindirdi və zəhmətimizin dəyərləndirildiyini gördük. Komanda olaraq son qərarımız hələ dəqiqləşdirilməyib və komandamla birlikdə detallı düşünürük.

Jalə xanım bəs təklifi nə zaman dəyərləndirməyi planlaşdırırsınız? Təklifin son qüvvədə olma tarıxı bəllidir mi?

– Məzun adını qazanmamışdan öncə xaricdə yaşamaq planlarım arasında yoxdur. Təklif qərarımı verdiyim günə qədər qüvvədədir. Onlar bizi gözləməyə hazırdırlar.

Paylaş