Əsas səhifə Müsahibə “Jara”da 2,5 milyon dollar ziyana düşdüm” – Emin Ağalarov

“Jara”da 2,5 milyon dollar ziyana düşdüm” – Emin Ağalarov

1222
Paylaş
emin ağalarov

emin ağalarov

Müğənni-bəstəkar Emin Ağalarov keçirdiyi “Jara” festivalına xərclədiyi məbləği açıqlayıb.

Sənətçi “Forbes” dərgisinin Rusiya versiyasına müsahibəsində bildirib ki, festival zamanı xeyli xərcə düşüb:

“Bu il “Jara” festivalına 5 milyon dollar xərclənib. Ötən il festivala 2,6 milyon dollar pul xərcləndi. Onun 1,2 milyonunu bilet satışından və sponsorlardan geri qaytara bildik. Keçən il 1,4, bu il isə 2,5 milyon dollar ziyana düşmüşük. Bu festival eyni zamanda mənim sahibi olduğum otelin reklamıdır”.

Emin bildirib ki, gələcəkdə festivalı daha da genişləndirməyi planlaşdırır:

“Bu işə digər bizneslər kimi baxıram. Bunun üçün uzun illər lazımdır. Hansısa otel 10-12 ildən sonra gəlir verir. Daşınmaz əmlakda isə özünü tutmaq üçün 8-10 il lazımdır.

Festival da inkişaf edir. Əgər hər şey belə davam etsə, gələcəkdə onu beynəlxalq edəcəm, xarici ulduzların konsertlərini keçirəcəm. Bunun üçün Amerika kanalları ilə danışmaq, yayımı orada da etmək lazımdır.

Festival ildən-ilə inkişaf edəcək, beləcə, mən də “Jara”dan qazana biləcəm”.

Paylaş