Jak Şirakı ölümdən qurtaran, Salmadan 5 dəfə ayrılan, rəqiblərini yeyən təhsilsiz milyonçu

Date:

Paylaş:

O, Fransanın ən varlı şəxslərindən biridir. Atası meşəbəyi olub. Kasıbçılıqlarından utandığı üçün təhsilini yarımçıq buraxıb. Lakin öz zəkası, zəhməti ilə milyardlara sahib olmağı bacarıb. Söhbət Fransua-Anri-Penodan gedir.

Fransua 1962-cı ilin may ayının 28-də Fransanın əyaləti Bretanda anadan olub. Atası meşə gözətçisi (meşəbəyi) idi və çətinliklə dolanırdılar. Uşaq yaşlarından əməyə öyrəşən Fransua o şeylərlə məşğul olurdu ki, tez bir zamanda ona xeyir gətirirdi. Beləsi üçün də təhsil vacib deyildi. Çətinliklə orta məktəbi bitirən Fransua təhsilini davam etdirmək haqqında düşünmürdü. Onu əsasən iş və pul qazanmaq maraqlandırırdı.

Bundan əlavə, milyarder öz xatirələrində qeyd edir ki, məktəbdən soyuma səbəbi bir tərəfdən sinif yoldaşlarının onun kasıb həyatına lağ etməsi idi:

“Bu səbəbdən də 16 yaşında məktəbi atdım. Diploma nifrət edirəm. Oxuyub aldığım yeganə rəsmi sənəd sürücülük vəsiqəsidir”.

Yeri gəlmişkən, Fransua bununla fəxr edirdi. Bir neçə il Parisdə və Bretanda təsadüfi, gündəlik qazanc gətirən işlərdə işləir və Əlcəzairə yola düşür.

“İnsan hər şeydə yalnız və yalnız özünə güvənməlidir”

Bunu özü üçün dəqiqləşdirən Fransua Fransanın müstəmləkəsi Əlcəzairə üz tutur. Pino Əlcəzairə ayaq basar-basmaz ölkədə müstəqillik uğrunda müharibə başlayır. 3 il müddətində Fransuanın orada hansı işlə məşgul olduğu sirr olaraq qalır. Buna görə də onun silah, narkotik ticarəti ilə məşğul olduğuna dair iddialar var. Lakin fakt odur ki, Fransua Əlcəzairdən əlində yaxşı pul və başqa bir adam kimi qayıdır.

Kasıb meşəbəyinin oğlu 27 yaşında öz soyadını verdiyi “Pinault Group” şirkətini yaradır. Şirkətın fəaliyyət istiqaməti ağac ticarəti olur. Fransua hətta özü bu haqda zarafatla belə deyirdi: “Ağac biznesini Allah mənə rəva gördü. Çünki mənim soyadım da odunçudur”.

İş adamının uğurlarının səbəbi kimi həm də intuisiyasının güclü olması göstərilir. Məsələn, 1973-cü ildə o, gözlənilmədiyi halda şirkətini birjada 30 milyon dollara satır. Bir il sonra isə şirkəti satdığı qiymətdən 5 milyon dollar ucuzuna geri alır.

Bundan başqa, birdən-birə siyasətlə maraqlanaraq perspektivli siyasətçi olan Jak Şirakla dostlaşır. 1976-cı ildə isə Şirakın həyatını xilas etməklə özünə biznesdə dayaq qazanır. Belə ki, o zaman baş nazir olan Şirak qatarla işgüzar səfərə getməyi planlaşdırırmış. Pino öz intuisiyasına inanıb ona qatara minməməyi məsləhət görür. Şirak o qatara minmir və qatar terrorçular tərəfindən partladılır. Dostuna qulaq asan Şirak sağ qalır. Pino da əvəzində biznesində böyük uğurlara imza atmağa başlayır.

Milyarder olmaq arzusu

Meşəbəyinin oğlu 1988-ci ildə orta sahibkara çevrilir. Və çoxdankı arzusunu – milyarder olmaq arzusunu reallaşdırmağa qərar verir. Tezliklə Paris birjasında uğurlu brokerə çevrilir. Şirkətin birini alıb, digərini satır. Onun birjadakı spekulyasiyaları hər dəfə uğurla bitir. 1989-cu ildə Franko-Afrika Ticarət İttifaqına qatılır. Beləcə “Pinault Group” Afrikaya elekton məhsulların ixracını həyata keçirməyə başlayır. İş adamının bəxti daha bir əməkdaşlıqda gətirir. Belə ki, 1991-ci ildə dövlət bankı “Credit Lyonnais” Amerikanın sığorta şirkəti “Executive Life”ı satın almaq istəyir. Lakin həmin vaxt ABŞ qanunları bankların sığorta şirkətinin səhmlərinin 25 faizindən artığına sahiblənməsinə icazə vermədiyi üçün, “Credit Lyonnais” fransız şirkətlərinin üzərindən “Executive Life”ı almağa qərar verir. Müxtəlif qiymətləndirmələrə görə, bu sövdələşmədən o, 1-2 milard dollar arasında qazanc götürür. Əldə etdiyi vəsait onun imperiyasını daha da güclənidirir. Sərt qanunları ilə məşhur olan ABŞ hökuməti isə fırıldaqdan yeddi il sonra xəbər tutur. Məhkəmə orqanları Pino iilə 5 il mübarizə aparır, nəhayət onun 185 milyon dollar cərimə ödəməsinə nail olurlar.

1991-ci ildə milyard qazanan F.Pino ilk pərakəndə ticarət zənciri olan “Conforama”nı satın alır. Dörd il sonra isə Parisin böyük alış-veriş mərkəzi “Printemps”i əldə edir. 1994-cü ildə “La Redoute”pərakəndə ticarət şəbəkəsinə və “Fnac” kitab mağazaları zəncirinə sahiblənir. Aldığı şirkətləri “Pinault-Printemps-Redoute” (PPR) adı altında birləşdirir. İş adamının şirkət “kolleksiyası” bununla məhdudlaşmır. O, corab fabriki “Orcanta”nı, dərman şirkəti “SCOA”nı, poçt şirkəti “Ellos”u, ofis məhsullarının ticarəti ilə məşğul olan “Guilbert” və “Niceday”i öz qrupunun tərkibinə qatır. Onun görməmişliyi xalq arasında “Pino 25 illik ağac ticarətinin intiqamını alır” kimi zarafatlara yol açıb. Özü isə bu haqda belə deyirdi:

“Rəqiblərim ya özləri ölməlidir, ya da onları yeyəcəm”.

Dəb dünyası

İldən-ilə varlanan Fransua aristokratların dünyasına qədəm qoyur. Dəb biznesinə, incəsənətə istiqamətlənir. 1998-ci ildə bazarın çöküşündən istifadə edib “Christie’s” Hərrac Evini satın alır. 1999-cu ildə İtaliyanın məşhur moda evi “Gucci Group”u və Fransanın “Yves Saint Laurent” şirkətini əldə edir. Bununla kifayətlənmir, “Sergio Rossi”, “Boucheron”, “Bottega Veneta”, “Bedat & Co”, “Alexander McQueen”, “Stella McCartney”, “Balenciaga” və “Puma” kimi markaları öz imperiyasına daxil edir. Məşhur geyim və aksessuar kataloqu olan “Redcats”ın (“La Redoute”, “Ellos”, “Empire”, “Brylane”, “Cyrillus”, “Vertbaudet”, “Somewhere”, “Daxon”, “Edmee”, “Celaia”, “La Maison de Valerie,” “Josefssons” kimi markalar daxildir) əsas səhmdarı olur.

Milyardlar

Meşəbəyinin oğlunun sərvətinin həcmi bu gün 15,8 milyard dollardır. 2016-cı ildə sərvətinin həcminə görə, Fransanın 4-cü, dünyanın 64-cü ən varlı şəxsi olub. Kasıb olduğu üçün məktəbə getməyən Fransua abstraksiyaya milyonlar xərcləyir. Məsələn, malikanəsinin bağı üçün kükürd heykəlləri amerikalı Rişar Seriyə sifariş edir. Metaldan hazırlanan heykəllər 190 ton təşkil edir. Rəsm əsərlərindən “Qabarıq süngər”, Edqar Deqanın tunc heykəli “Kiçik on dörd yaşlı rəqqasə” ona aiddir. Bundan əlavə onun “Renault” avtomobil kolleksiyası var.

Şəxsi həyatı

Ömrünü işləməyə həsr edən Fransua 2001-ci ildə evlənir. Onun ilk həyat yoldaşı Doretee Leper olur. Bu evlilikdən cütlüyün iki uşağı – oğlu Zandera və qızı Matilda dünyaya gəlir. Lakin 3 ildən sonra evlilik sona çatır. Məşhur aktirisa Salma Valqarma Hayek Himene ilə 2006-cı ildə tanış olur. Meksikalı biznesmenlə opera müğənnisinin qızı olan Salma bu zaman artıq həyatdan nəsə gözləmirdi. Düşünürdü ərsiz doğacaq və öz həzzi üçün yaşayacaq.

Salma Fransua-Anriylə münasibətlərinə ilk vaxtlar zaman keçirmək kimi yanaşırdı. Çünki onların ortaq nələrisə yox idi. Fransua ciddi biznesmen, Salma isə çılğın xarakterə sahib aktrisa idi. Bundan əlavə Fransua iliyinə qədər fransız, Salma – ispan və Livan kökləriylə meksikalıydı. Beləliklə tamamilə müxtəlif dünyalara məxsus idilər. Lakin Salmanın hamilə qalması vəziyyəti dəyişir. 2007-ci ilin martında sevgililər nişanlandıqlarını elan edirlər. Həmin ilin sentyabrında Hayekin Pinodan qızı olur. Bundan sonra cütlük 5 dəfə ayrılaraq yenidən birləşir. 2009-cu ilin 14 fevralında barışan sevgililər nəhayət evlənirlər.

 

©publika

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...