“İşin böyüklüyünə deyil satışlara hədəflənin”

0
781

“Macintosh”-u uğura çatdıran dahi marketoloq kimi tanınan Guy Kawasaki, bütün dünyada təşəbbüskarlıq dedikdə ağla gələn adlardan, “The Art of the Start 2.0” və “The Art of Social Media” kimi çox satan idarəetmə kitablarının müəllifi Kawasaki ilə uğurlu startap olmaq üçün vacib olan tövsiyyələr aldıq:

Sual: Təşəbbüskarlar iş qurarkən nəyə diqqət yetirməli, prioritetlərini necə müəyyən etməlidirlər?

Cavab: Təşəbbüskarların əsas hədəfi müştərilərə rahat çatacaq bir iş prototipi yaratmaq olmalıdır. Əlbəttə investorlardan investisiya almaq da çox əhəmiyyətli bir faktordur.

Sual: Təşəbbüskarların ən çox etdikləri səhvlər nələrdir? Bu səhvlərin necə öhdəsindən gələ bilərlər?

Cavab: Ən böyük xəta uğurlu bir prototip yaratmadan, startap müəyyən bir həddə böyüklüyə gəlmədən dərhal bir fond axtarışına, investisiya tapmağa çalışmaqdır. Unutmayın: Əvvəl məhsul və ya xidmətinizin prototipinə hədəflənin və sonra ov axtarışına çıxın.

Sual: Yaxşı bir başlanğıc edən təşəbbüskarlara işi böyütmək üçün ana tövsiyələriniz nələr olacaq?

Cavab: Təşəbbüskarlara işlərinin böyüklüyündən çox satış hədəfləri üçün narahat olmalarını tövsiyə edirəm. Satış edirsinizsə işi böyütməyin yolunu onsuz da taparsınız. Amma satışlarda problem varsa işin nə qədər böyük olduğunun bir əhəmiyyəti qalmaz. Şirkətin quruluş mərhələsində təşəbbüskarlar, böyüməyəcək bir iş quracıq deyə qorxmamalıdır. Ən əhəmiyyətli nöqtə, insanların hər şərt altında sizin məhsul və xidmətlərinizi istifadə edib etmədiyini müəyyən etmək lazımdır.

Sual: Türk təşəbbüskarların adətən investorları inandırmaqda problemlər yaşadıqlarını görürük. İnvestisiya almaq üçün təşəbbüskarların hansı yerlərə diqqət etmələri lazımdır?

Cavab: Təşəbbüskarların özlərini və işlərini ən doğru şəkildə bildirməsinin ən yaxşı iki yolu var: Bir nümayiş hazırlamaq. İki, məhsul və ya xidmətlərini müştərilərə göstərmək. Əgər bu iki yolla getməsəniz, səmimi ola bilməyəcəksiniz və özünüzü tam olaraq ifadə edə bilməyəcəksiniz.

Sual: Sizcə, inkişaf etməkdə olan ölkələrdən çıxan təşəbbüslərin dünya miqyasında uğurlu olma şansı varmı?

Cavab: Bir startapın haradan çıxması o qədər əhəmiyyətli deyil. Əsas məsələ müştərilərinin problemlərini həll edəcək bir prototip yaratmaqdır. Əlbəttə işlərini çatdırmaq üçün mütləq şəkildə sosial mediaya ehtiyacları var.

Sual: Təşəbbüskarlar Sosial medianı bir marketinq vasitəsi kimi necə səmərəli istifadə edə bilərlər?

Cavab: Sosial media, təşəbbüskarlar üçün ecazkar bir yerdir çünki sürətli, pulsuz və eyni zamanda hər yerdə hər kəsə yetişə marketinq mühiti yaradır. Buradakı işin əsas sirri, hədəf müştəri qrupuna yaratdığınız məhsul və ya xidmətinizi doğru tanıdacaq dəyərli bir məzmun yaratmaqdır.

Tərcümə və redaktə etdi: İlkin Mirzəzadə