İşçiləri 240 min dollar maaş alır

2
881

Facebook investorlarla görüşdən öncə maliyyə məlumatlarını yayımlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkətdə ortalama illik əmək haqqı 240 min dollardan yuxarıdır.

Bildirilir ki, mayın 31-də Facebook-un investorlarla görüşü baş tutacaq.

Bu səbəbdən şirkətin açıqladığı “Proxy Hesabatı” adlı maliyyə hesabatında Facebook işçilərinin illik 1 milyon dollara qədər qazandığı qeyd edilib.

Qeyd edək ki, maliyyə sənədi maaşla yanaşı, premiyaları nəzərə alaraq hesablanıb.

Xatırladaq ki, 2017-ci ildə Facebook-da ortalama illik əmək haqqının 240.430 dollar olduğunu paylaşmışdı. Facebook-un qurucusu və CEO-su 8.5 milyon dollar premiya aldığını və bunun ortalama bir Facebook işçisindən 37 qat daha çox olduğunu bildirmişdi.

Məlumata görə, CEO-nun 8.5 milyon dollar premiyasının 7,3 milyon dolları mühafizə, 1,5 milyonu isə səyahət işlərinə xərclənib.

Zuckerberg şirkətdə 60 faiz söz haqqına sahib B sinfinə aiddir. Onun şirkətdə 67 milyard dollar səhmi var.

Yei gəlmişkən, Facebook-da orta əmək haqqı rəqibi Twitter-dən daha yüksəkdir. Belə ki, Twitter-də illik əmək haqqı 161,860 dollardır.

2 COMMENTS