İnternatdan biznesə gedən yol: Yevgeni Kasperski

Date:

Paylaş:

Yevgeni Valentinoviç Kasperski 1965-ci il 4 oktyabrda Novorossiyskdə anadan olub.
O, 1982-ci ildə Moskva Dövlət Universitetinin nəzdində Kolmoqorova adına 18 nömrəli fizika-riyaziyyat məktəb-internatını bitirib. 1987-ci ildə Kriptoqrafiya, Rabitə və İnformasiya İnstitutunu bitirib. O, məşhur rus proqramçısıdır. 1989-cu ilin oktyabrında Yevgeni Kasperskinin kompyuterində aşkar olunan “Cascade” virusu onun böyük karyerasının başlanğıcına səbəb olub. 1997-ci ilədək Kasperski və onunla həmfikir olan insanlar tamamilə yeni məhsul – şəxsi antivirus hazırladılar.

Beləliklə, 1997-ci ildə məşhur “Лаборатория Касперского” – “Kasperski laboratoriyası”nın əsası qoyulub.
Kasperski virus sahəsi üzrə dəfələrlə ən mötəbər seminarlarda müxtəlif məruzələrlə çıxış edib. O, Kompyuter Virusları Tədqiqatçılar Təşkilatının (CARO) üzvüdür. Onun rəhbərliyi ilə “Kasperski laboratoriyası” tərəfindən ildə 1 dəfə “Virus Bulletin” adlı konfrans keçirilir . Bu konfrans hazırda dünyada antivirus sənayesi üzrə qeydə alınan əsas hadisə hesab olunur. Şayiələrə görə, Kasperski kompaniyası virusu da və ona antivirusu da özü yazır.
Ehtimal edilir ki, bu, istehsal olunan məhsulun satılması üçün həyata keçirilir. Yevgeni buna filosofcasına yanaşır və antivirus mütəxəssislərini veneroloqlar ilə müqayisə edir. O bildirir ki, veneroloqların digər veneroloji xəstəliklər yaratmasını güman etmək isə axmaqlıq olar.

Məlumdur ki, Yevgeni Kasperski və onun kompaniyası əsasında Hollandiya və Braziliya kimi ölkələrin türmələrində kibercinayətkarlar cəza çəkir. O, bunu gizlətmir və hətta öz müsahibələrində bununla öyünür.
Bundan başqa, “İnternet pasport” ideyası Kasperskiyə məxsusdur. İdeya internetdə olarkən qeyri-qanuni hərəkətlərə görə məsuliyyəti nəzərdə tutur.
O, əldə etdiyi uğurlarla yanaşı, 2009-cu ildə Rusiya Federasiyasının elm və texnologiya sahəsində Dövlət mükafatı laureatı kimi də titula sahib olub. O, həm də imkanlı sahibkardır. “Forbes” jurnalı Yevgeni Kasperskinin varidatını 1.2 milyard dollar həcmində qiymətləndirib. Jurnalın versiyasına əsasən, o, 200 ən varlı rus biznesmenlərinin reytinqində 65-ci yerdədir/ictnews.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...