İnside Job filmindən çıxara biləcəyimiz 5 maliyyə dərsi

0
694

2008-ci ildə baş verən qlobal iqtisadi böhran milyonlarla insanların pullarını, işlərini və evlərini itirməsi ilə nəticələndi.  Charles H. Ferguson’un redaktorluq etdiyi 2010-cu ildə çəkilmiş  və həmin ilin 29 dekabrında Cannes film festivalında  “Ən yaxşı sənədli film” ünvanına layiq görülmüş İnside Job filmi də həmin qlobal iqtisadi böhrandan bəhs edir. Beş bölümdən ibarət olan bu filmdən həyata keçirilən iqtisadi əməliyyatların maliyyə krizisi  yaratmasına necə kömək olacağını Banco.az komandasının sizlər üçün hazırladığı 5 dərsdən müəyyən edə bilərik.

1) Hökumətlərin riskli iqtisadi siyasətləri

2000 –ci ildə İslandiya hökuməti iqtisadi siyasətində bəzi dəyişikliklər edərək ölkəni gözlənilməyən durumlara gətirib çıxarmışdı.  Belə ki hökumət Alcoa kimi bəzi  beynəlxalq şirkətlər böyük alminium fabirkləri qurmasına və ölkənin təbii ehtiyyatlarını (məsələn geotermal enerji kimi)  sömürməsinə icazə vermişdi.  Eyni zamanda hökumət İslandiyanın  üç  böyük bankını (İslandsbanki,Kaupping, Glitnir)  özəlləşdirərək beş ildə İslandiyadan başqa heç bir yerdə fəaliyyət göstərməyən bu üç bankın 120 milyard dollara qədər borc altına girməsinə səbəb olmuşdu. Bu rəqəm İslandiya iqtisadiyyatının on qatı demək idi.

2)  Bankirlərin krizisdən qazandığı olduqca böyük gəlirlər

Paul Voker əvvəlcə xəzinədarlıqda işləyirdi. 1979- 1987 illərdə ABŞ mərkəzi bankının sədri olub.  Xəzinədarlıqdan əvvəl isə Chase Manhattan bankında işləyirmiş. Özünün verdiyi məlumata görə 1969-cu ildə Chase bankdan ayrılıb xəzinadarlığa keçdikdə gəliri təxminən ildə 45000 dollar imiş. Əlavə olaraq filmdən məlum olur ki, əvvəllər Morgan Stanley investisiya bankının ümumi 110 əməkdaşının hər birinin  bir ofisi və 12 milyon dollarlıq sərmayəsi mövcud imiş.  2010-cu ildə isə Morgan Stanley bankının 50.000  əməkdaşının milyard dollarlıq sərmayəsi və dünyanın hər bir yerində  ofisləri mövcud olub.  Yazar Charles Morrisin dediyinə görə bir başqa investisiya bankı olan Merrill Lynch şirkətinin əməkdaşlarından biri səhm sataraq pul qazanırmış, gecələri də üç uşağını keçindirmək üçün qatarda konduktor işəyirmiş. 1987-ci ildə artıq o bir milyonçu idi. Demək düzgün idisə böhran  getdikcə bank soyğunçuluğuna çevrilmişdi. Belə ki, həmin illərdə investisiya və kredit mütəxəssisləri  bir-bir həbsə girirdi. Hətta əlavə olaraq qeyd etmək olar ki, ABŞ mərkəzi bankının keçmiş sədrlərindən olan Alan Greespan həmin illərdə şirkətini sömürdüyünə  görə həbs edilən Charles Keatinqə kömək etmiş və bunun nəticəsində 40 000 dollar qazanmışdı.

3) Riskli investisiyalar və şirkətlərin birləşməsi

1982-ci ildə ABŞ-da Reyqan hökuməti kredit və investisiya  şirkətlərindən yoxlamarı ləğv edib, həmin şirkət sahiblərinin riskli investisiyalar əldə etməsinə səbəb olmuşdu. 1980-ci illərin sonunda isə Amerikada milnlərlə investisiya və kredit şirkəti batmışdı. Bu isə vergi ödəyicilərinin 124 milyard dollarının itməsi ilə nəticələnmişdi. Həmin dövrlərdə riskli investisiyaların artması şirkətlərin böyüməsinə yol açmışdı. Əslində bir şirkətin böyüməsi yaxşı bir fəaliyyətdir, lakin həmin dövrdə ABŞ-da şirkətlər iqtisadi sistemi özündən asılı etmişdi. Bu o demək idi ki, əgər bu şirkətlər batarsa iqtisadiyyat çökəcək.  Hətta 1998-ci ildə Citicorp və Travelers  şirkərlərinin birləşib dünyanın ən böyük maliyyə şirkəti olan City Group-u yaratması Glass-Steagall qanuna görə qadağan idi. Belə ki, Glass-Steagall qanunu  1929-1933-cü illərdə ABŞda mövcud olan böyük böhrana görə əlavə edilmişdi, həmin bu qanun riskli investisiyaların qarşısını alırdı.  Elə buna görə də 1999-cu ildə bu qanun qüvvədən düşərək, başqa şirkətlərin də birləşərək böyüməsinə yol açdı.

4) Bankların çirkli pul əməliyyatları

İsveçrənin Zürix şəhərində qurulan  Credit Suisse bankı İranın nüvə proqramına  və Havaçılıq sənaye qurumuna  pul köçürmələri edirdi.  Buna görə də banka 536 milyon dollar cəza verilir.  Eyni zamanda ABŞ-da yerləşən Citibank Meksikadan 100 milyon dollara qədər  narkotika alverindən pul əldə etmişdi.   ABŞ-ın digər bankı olan və fəaliyyətinə 2005-ci ildə son verilmiş  Riggs Bank isə Çili diktatoru olan Augusto Pinochetin çirkli pullarını yuyurdu.  Əlavə olaraq qeyd edə bilərik ki, ABŞ-ın energetika və xidmət sektorunda fəaliyyət göstərən və 2007-ci ildə fəaliyyətinə son verilən Enron Korporasiyasına etdiyi faəliyyətlərdə köməklik edən Merril Lynch, Citibank ə JP Morgan bankı 385 milyon dollara qədər cəzaya məhkum edilmişdi.

5) İpoteka kreditinin yenidən  konfiqurasiya ediməsi

ABŞ-da köhnə sistemə görə ipoteka krediti verildiyi zaman  iki şəxsi mövcud idi. Kredit alan və kredit verən.  Yeni sistemdə isə,  ipoteka kreditinin verilməsində 4 şəxs iştirak edirdi. Kredit verən, kredit alan, investisiya bankı, investor. Ona görə də banklar ipoteka kreditlərini investisiya banklarına satırdılar. İnvestisiya bankları da bunadan istifadə edərək təminatlı borc öhdəliklərini satmaq üçün investorlar taparaq, gəlir əldə etməyə çalışırdılar.  Yəni artıq əhali içərisindən istənilən biri ipoteka krediti götürdüyü zaman bu kreditin gəlirləri bir-başa investora getdiyindən ipoteka krediti əldə etmək olduqca asanlaşmışdı. Buna görə də kredit şirkətləri borcun ödənilib-ödənilməyəcəyini  nəzərə almadan riskli kredit şərtlərini artırırdılar. İşin maraqlı yanı bu investisiya banklarının da vecinə deyildi, nə qədər təminatlı borc öhdəliyi artarsa gəlirləri bir o qədər çoxalacaqdı. Elə bunu qeyd etmək yerində olardı ki 2000-2003 arası ABŞ-da ipoteka kreditləri 4 qatına çıxmışdı.

Xəzər Aslanov, Banco.az