İlon Mask mərci uddu

0
733

“Tesla” şirkəti və onun yaradıcısı İlon Mask 100 günə dünyanın ən iri litium-ion batareyasını yaratmaqla bağlı mərci udub.

İKT.lent.az-ın xəbərinə görə, İ. Mask öz qələbəsi barədə “Twitter”də yazıb. Mərcin şərtinə əsasən, əgər batareya (“Powerpack”) vaxtında yaradılmasaydı, sifarişçiyə pulsuz çatdırılmalı idi.

“Powerpack” 100 meqavatt gücündədir və Cənubi Avstraliyada qurulub. Yaxın bir neçə günə onun sınaqları başlamalıdır.

“Powerpack”in dekabrın 1-də istismara verilməsi nəzərdə tutulub. Bu münasibətlə keçiriləcək təntənəli tədbirdə hökumət nümayəndələri də iştirak edəcək, çünki layihə region üçün əhəmiyyətlidir.

Yeni sistem 30 min evi enerji ilə təmin edəcək.