İlin əvvəlində 800 dollar idi indi 8 min dollar!

Date:

Paylaş:

Virtual kriptovalyuta “Bitcoin”in (BTC) qiyməti bu gün Asiya bazarlarında keçirilən hərraclarda 8 000 ABŞ dolları səviyyəsini ötərək tarixi rekordunu yeniləyib.

“Report” xəbər verir ki, bununla da bitkoinin dəyəri ilin əvvəlindən 8 dəfə artım göstərib.

BTC barədə müxtəlif fikirlərin səsləndirilməsinə baxmayaraq, onun qiyməti artmağa davam edir. Qeyd edək ki, BTC noyabrın 1-də 7 000 dollar səviyyəsini ötmüşdü.

“Standpoint Research” investisiya şirkətinin qurucusu Ronni Moas (Ronnie Moas) “CNBC” telekanalına müsahibəsində bitkoinin yaxın 10 ildə 50 min dolları ötəcəyini bildirib.

Moasın sözlərinə görə, yaxın 10 ildə 200 mln. insanın cəmi 21 mln. ədəd olan bitkoinə tələbatı təklifi xeyli üstələyəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...